adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2019 16:30
31818
MƏDƏNİYYƏT

Xoreoqrafiya Akademiyası şagirdlərinin uğurları

Bakı XoreoqrafiyaAkademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin 9-cu sinif şagirdiFiruzə İsmayıl və 6-cı sinif şagirdi Şirin Əmiraslanova respublikada keçirilən beynəlxalqmüsabiqədə mükafatlandırılıblar.

Belə ki, akademiyanın9-ci sini şagirdi Firuzə İsmayıl UNESCO-nun dəstəyi ilə "Dünyanın səsini duyaq”adlı şeir, hekayə, foto,rəsm, jurnalistika, mahnı müəllifliyi,toxuma işləri,texnikiyardıcılıq nominasiyası, bədii qiraət üzrə keçirilən və Azərbaycan, İtaliya,Amerika, Ukrayna, Çexiya, Polşa, Gürcüstan, İspaniya uşaq və gəncistedadlarınınqatıldığı beynəlxalq müsabiqədə bədii qiraət üzrə ölkəmizi layiqincə təmsil edərəkI yeri qazanıb.

Şirin Əmiraslanova isə 39ölkənin təmsil olunduğu və iki mərhələni əhatə edənfortepiano ifaçılğı üzrə" World Harmony " adlı beynəlxalq müsabiqədə uğurlaçıxış edərək III yerə layiq görülüb. Həriki şagird qatıldıqları müsabiqədə sertifikat və hədiyyələrləmükafatlandırılıblar.