Xolesterolu aşağı salan qidalar hansılardır?
Sıyıqlar, tərəvəzlər, meyvələr, qoz-fındıq, bitki yağları və yağlı balıqlar qanda xolesterinin səviyyəsini azaldır.
Adalet.az xəbər verir ki, bu barədə diyetoloq və dietoloq İrina Pisareva məlumat verib.
Lif və pəhriz lifi ilə zəngin qidalar xolesterol səviyyəsini aşağı salmağa kömək edir:
"Siz həmçinin liflə zəngin olan müxtəlif dənli bitkiləri yeyə bilərsiniz: Yulaf əzməsi, qarabaşaq yarması, kəpək - yəni hər hansı bir tam taxıl".
Onun sözlərinə görə, qanında bu maddənin miqdarı yüksək olan insanların qida rasionunda omeqa-3 kimi çoxlu doymamış yağ turşuları olmalıdır. Onlar bitki yağları, qoz-fındıq, avokado və yağlı balıqlardan (somon, skumbriya) əldə edilə bilər. Pisareva həftədə ən azı iki və ya üç dəfə balıq yeməyi məsləhət görüb.
Diyetoloq əlavə edib ki, xolesterolu azaltmaq üçün həkim tərkibində omeqa-3 olan qida əlavələri və ya dərmanlar da təyin edə bilər.
Cənubi Kaliforniya Universitetinin Kek Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, xolesterinin oksidləşməsi beyin hüceyrələrinin iltihabına və qocalmasına səbəb olur, həmçinin Alzheimer xəstəliyinin inkişafında əsas rol oynayır./Milli.az
Digər Xəbərlər
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54


Bakı -°C

