Avropa İttifaqında süni intellektdən istifadəyə dair yeni qaydalar hazırlandı
Bu gündən Avropa İttifaqında (Aİ) Süni İntellekt Aktının (AI Act) şəffaflıq tələblərini nəzərdə tutan yeni müddəaları qüvvəyə minib. Bununla da süni intellektdən istifadə zamanı məzmunun mənşəyinin açıqlanması və istifadəçilərin məlumatlandırılması ilə bağlı yeni öhdəliklərin tətbiqinə başlanılıb.
Adalet.az xəbər verir ki, Avropa Komissiyasının yaydığı məlumata əsasən, yeni qaydalar vətəndaşların süni intellekt texnologiyalarına etimadını artırmaq, dezinformasiyanın qarşısını almaq və süni intellekt sistemlərindən məsuliyyətli istifadəni təmin etmək məqsədi daşıyır.
Qaydalara əsasən, istifadəçilər süni intellekt sistemi ilə qarşılıqlı əlaqədə olduqları barədə məlumatlandırılmalıdır. Generativ süni intellekt vasitəsilə hazırlanan məzmunun tanınması təmin edilməli, xüsusilə “deepfake” materiallar, eləcə də ictimai maraq doğuran mövzular üzrə süni intellekt tərəfindən yaradılmış mətnlər aydın və görünən şəkildə işarələnməlidir.
Məlumatda, həmçinin bildirilib ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə istifadəçilərin hansı məzmunun insan, hansının isə süni intellekt tərəfindən yaradıldığını ayırd edə bilmələri şəffaflığın və fundamental hüquqların qorunmasının mühüm şərtidir. Yeni tələblərin həm də manipulyasiya və yanlış məlumatların yayılması riskini azaltmağa xidmət edəcəyi vurğulanır.
Qeyd edək ki, “AI Act” dünyada süni intellekt sahəsində qəbul edilmiş ilk hərtərəfli hüquqi tənzimləmə hesab olunur. Risk əsaslı yanaşmaya söykənən sənəd müxtəlif AI sistemləri üçün fərqli tələblər müəyyənləşdirir, yüksək riskli tətbiqlər üçün ciddi öhdəliklər formalaşdırır, insanların təhlükəsizliyi və hüquqları üçün qəbuledilməz hesab olunan bəzi süni intellekt təcrübələrini isə qadağan edir. Aİ hesab edir ki, yeni hüquqi çərçivə innovasiyanın inkişafı ilə yanaşı, süni intellektdən təhlükəsiz, şəffaf və insanyönümlü istifadəni də təşviq edəcək.
Digər Xəbərlər
30 Iyul 2026 10:35
X platforması İranın “Tasnim” agentliyinin hesabını blokladı
27 Iyul 2026 09:41
Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı
25 Iyul 2026 11:36
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
24 Iyul 2026 11:30
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
23 Iyul 2026 09:08
Süni intellekt nəzarətdən çıxdı - Kiberhücum təşkil etdi
22 Iyul 2026 12:56
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
19 Iyul 2026 13:00
“Facebook” və “Instagram”da yaranan nasazlıq aradan qalxdı - YENİLƏNİB
18 Iyul 2026 08:49


Bakı -°C

