Xocavənddə Birinci Qarabağ müharibəsinin daha altı şəhidi dəfn edilib - YENİLƏNİB

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevlə keçirilən vida mərasimi başa çatıb.
Adalet.az-ın məlumatına görə, şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidlərin doğmaları, Xocavənd Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
11:59
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Eldar oğlu Dadaşov, Rəhim Məhkəmə oğlu Doluxanov, Telman Tevon oğlu Tağıyev, Sərvər İldırım oğlu Abbasov, Ədalət Şahmar oğlu Məmmədov və Qərib Həsrət oğlu Mustafayevin nəşi Xocavənd rayonuna gətirilib.
Adalet.az-ın məlumatına görə, hazırda Qaradağlı kəndində şəhidlərlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Uğur Eldar oğlu Dadaşov 1975-ci il mayın 2-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Rəhim Məhkəmə oğlu Doluxanov 1958-ci il dekabrın 6-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Telman Tevon oğlu Tağıyev 1953-cü il fevralın 20-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində (Bəylik bağı) itkin düşüb.
Sərvər İldırım oğlu Abbasov 1962-ci il noyabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Ədalət Şahmar oğlu Məmmədov 1958-ci il mayın 31-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Qərib Həsrət oğlu Mustafayev 1962-ci il iyulun 1-də anadan olub. O, 1992-ci il fevralın 17-də Qaradağlı kəndində itkin düşüb.
Onlar Qaradağlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunacaq./report
Digər Xəbərlər

Azərbaycanda professor vəfat etdi

Qubada 15 yaşlı qızı 35 yaşlı oğlana ərə vermək istədilər - Polis qarşısını aldı

Qızılağac Milli Parkındakı yanğın söndürüldü - VİDEO + YENİLƏNİB

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi - FOTO

Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - VİDEO

Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO

Culfada ağır qəza - 4 nəfər öldü
