Xocalıdan Şəhidliyə gedən yol: Milli Qəhrəman Əlif Hacıyevin doğum günü...
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür.
Adalet.az xəbər verir ki, Hacıyev Əlif Lətif oğlu 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə orta məktəbi bitirərək sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb və hərbi xidməti Minsk şəhərində keçib.
1974-84-cü illərdə Belarus Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub, 1979-cu ildə həmin məktəbi bitirərək, 1981-ci ildən təhsilini SSRİ DİN-in akademiyasında davam etdirib.
1990-cı ildə daxili işlər orqanlarında Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunub. 1991-ci ildə ona mayor rütbəsi verilib.
.jpg)
Ə.Hacıyev 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərinə hücumu zamanı qəhrəmancasına həlak olub. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi. İki qız övladı var.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.
Əntiqə Rəşid
Digər Xəbərlər
20 Iyun 2026 09:49
Bakıda uçan qarışqalar niiyə çoxalıb? - VİDEO
19 Iyun 2026 17:14
Bəzi yerlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
19 Iyun 2026 16:30
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
19 Iyun 2026 15:58
Ağdamdakı əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
19 Iyun 2026 15:53
Ağdərəyə daha 12 nəfər köçürülüb
19 Iyun 2026 12:19
DYP Bakıda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirdi - VİDEO
19 Iyun 2026 11:55
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
19 Iyun 2026 11:41


Bakı -°C

