Xocalıdakı kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb
Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib.
Bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfər şəxsə (onlardan 2 nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.
Digər Xəbərlər
05 Oktyabr 2026 00:03
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 İL ÖTÜR
04 Oktyabr 2026 18:55
Gəncədə yeniyetmələr pizzadan zəhərləndi
04 Oktyabr 2026 18:51
Qəzada yaralanan 13 yaşlı məktəbli - Vəfat etdi
04 Oktyabr 2026 17:15
Sabiq prorektor dünyasını dəyişdi
04 Oktyabr 2026 10:38
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış olub, yaralanan var - VİDEO
04 Oktyabr 2026 09:25
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26


Bakı -°C

