Xocalıda silah-sursat anbarı aşkarlandı -VİDEO

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.
Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib.
Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.
Digər Xəbərlər

Mehriban Əliyeva 9 Mayla bağlı paylaşım etdi - FOTO

İlham Əliyev və Mehriban Əliyeva faşizmlə mübarizədə həlak olanların xatirəsini anıblar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

"BakıKart"da problem - Ödənişlər köçmədi, növbələr yarandı

Diasporla İş üzrə Dövlət Komitəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlandı

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi - FOTO
