Testdən keçirsənsə...
Ölkəmizdə hər hansı ali məktəbi bitirən adam birmənalı olaraq işə qəbul olmaq üçün mütləq test imtahanıdan keçməlidir. Başa düşmək olmur, əgər bir tələbə 4 il ali təhsil alırsa, onun yenidən imtahan verməsinə nə ehtiyac??? Bəzi onda universitetlərin diplomu nə üçündür???
Bax bu suallara çox cavablar verilib, amma heç birisi nə o tələbələri, nə də ictimaiyyəti qane edib. Yenə dərman öz işində olub, sadəcə çax - çax baş ağrıdıb! Hələ də bu proses davam edir. Yəni işə qəbul üçün test imtahanları keçirilir.Hətta da dövlət qulluğuna da girmək üçün gənclər imtanah verirlər. Elə və gənclər var ki, bu imtahanda yüksək nəticə əldə edib, başqa sözlə demiş olsaq, maksimum dərəcədə bal toplayıb. Amma onu işə qəbul etməyiblər.
Ondan az nəticə qazananı isə işə götürüblər.Hansı ki, yüksək bal toplayanın ya " dayı" sı, ya da pul olsaydı, o , oyundankənar vəziyyətə düşməzdi! Onsuz da cəmiyyət hər şeyi görür. O ki, qaldı , testdən sonrakı müsahibəyə , bu da savadlı adam üçün " badalaq atmaq" deməkdir. Yəni münsiflər öz istədikləri adamları keçırir, istəmədiklərini " kəsir" lər.
Bununsa bir adı var- Ədalətsizlik!!! Sonradan o istedadlı gənclər ölkəni tərk edib gedir və onların yerinə istedadsız adamlar tutur. Bu isə birmənalı olaraq , beyn axını deməkdir!!!
Emil FAİQOĞLU


Bakı -°C

