adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2017 19:53
85839
MÜSAHİBƏ

Xocalı faciəsi ilə bağlı Azərbaycan mediası niyə susdu? - MÜSAHİBƏ

Sosial şəbəkələrdəXocalı Soyqırımı baş verən gün Ağdamda 9-10 xarici media nümayəndələrininiştirakı ilə bağlı məlumat paylaşılıb.Bununla bağlı həmin vaxt Ağdam Rayon Sovetinin sədr müavini işləmiş RüstəmHacıyevin fikirlərini öyrəndik.

-Sosial şəbəkədəyayılan bu məlumatla bağlı nə düşünürsünüz?

-25-dən 26-a keçən gecəbaş verən Xocalı faciəsi ərəfəsində bir çox ölkələrdən müxbir və operator gəlib.Yerli müxbirlərimizdən Seyidağa Mövsümov, Tahir Qarayev, Türkiyəteleviziyasından gələn Seyfəddin Altaylı və bir operator çəkilişlər aparıb. Məhzbu adıçəkilən jurnalistlər yerli özünümüdafiə dəstələrinin üzvləri ilə birlikdəXocalıdan çıxan əhalinin köməyinə gəldi. Faciənin əsl dəhşətləriniyalnız səhər açılandan sonra görməyə başladıq. Əsas çəkilişləri məhz bu üçoperator həyata keçirib və erməni-rus hərbi birləşmələrinin törətdiyi vəhşiliklərilentə alıblar. Faciənin baş verdiyi günün səhərisi artıq dünyanın 50-dən çoxKİV-lərindən nümayəndələr Ağdama gəlmişdilər. Lakin vəziyyətlə əlaqədar olaraqonlar hadisənin baş verdiyi ərazilərəburaxılmadıqları üçün fevral ayının 27-də onların iştirakı ilə Ağdam MədəniyyətEvində böyük mətbuat konfransı keçirdik.

Konfransda türkiyəlioperator və yerli operator SeyidağaMövsümovun lentə aldığı dəhşətli görüntüləri nümayiş etdirməklə əslindəXocalıda soyqırım törədildiyini dünya ictimaiyyətinə çatdırmağa çalışdıq.

Qadağalara baxmayaraqbir çox xarici jurnalistləri gizli yolla vəhşiliklərin baş verdiyi ərazilərəgetməsinə şərait yaratdıq ki, onlar bu vəhşiliklərinşahidi olaraq gördüklərini lentə alsınlar.

-Bu qədər ölkədən 50-dənçox jurnalistin Qarabağa gəlməsi kim tərəfindən təşkil olunmuşdu?

-Ümumiyyətlə hadisəninbiləvasitə içində olduğumuz üçün deyə bilərəm ki, Xocalıya hücum olacağı barədəöncədən də məlumatlar alırdıq. Bütündövlət orqanları, o cümlədən o vaxtkı prezidentin Qarabağ üzrə səlahiyyətlinümayəndəliyi də əvvəlcədən bu məlumatları alırdılar. Lakin Dövlət səviyyəsindəhər hansı tədbirlər görülmürdü. Artıq15-20 gün idi ki, rabitə vasitələri istisna olunmaqla Xocalı ilə bütün əlaqələrkəsilmişdi. Dövlət rəhbərləri isə hələ də Rusiyaya inanaraq demək olar ki, heçbir tədbir görmürdü.

Sualınıza cavab olaraqisə demək olar ki, Azərbaycanın o vaxtkı hakimiyyətindən başqa başda Rusiyaolmaqla digər aparıcı dövlətlər belə bir faciənin baş verə biləcəyindən xəbərdar idilər. Məhz bunagörə də əminliklə demək olar ki, bu sayda jurnalistlərin həmin dövrdə Ağdama cəmləşməsimüəyyən bir nöqtədən, çox güman ki, Rusiyadan koordinasiya olunmuşdur.


-Bildiyimizə görə,Ağdamda Mətbuat konfransını da siz aparmısınız. Bu mətbuat konfransınınkeçirilməsi hansı zərurətdən doğmuşdur?

-Yuxarıda qeyd etdiyimkimi, gələn jurnalistlər erməni-rus hərbi birləşmələrinin tarixdə görünməmiş vəhşiliklərtörətməsini gizlətmək üçün hadisənin baş verdiyi ərazilərə buraxılmırdılar. Onagörə də hesab elədik ki, bu vəhşilikləri ən azından dünya ictimaiyyətinəçatdırmaq üçün belə bir mətbuat konfransının keçirilməsi vacibdir. Türkiyəlijurnalist Seyfəddin Altaylı da KİV-lərinməlumatlandırılması üçün mətbuat konfransının keçirilməsini və onunla birlikdəolan operatorun çəkdiyi vəhşilikləri əks etdirən kadrların nümayiş olunmasınınvacibliyini bildirdi. Təxminən 3-4 saat çəkən mətbuat konfransında demək olarki, bütün jurnalistlərin verdikləri suallar cavablandırıldı.

Amma sonradan bu faciənindünya mətbuatında necə işıqlandırılması ilə bağlı məlumatımız olmadı. O vaxtbizim izləyə biləcəyimiz Rusiya KİV-ləri demək olar ki, o vəhşiliklər barədə nəinki susdular, həttabaş verən hadisələrdə daha çox Azərbaycanlılarıgünahlandırdırmağa çalışdılar. Çox təəssüf ki, hakimiyyətdə olanlarınsifarişi ilə yerli mətbuatımız da Xocalı faciəsində özümüzü günahlandırmaq niyyətlərinigizlətmirdilər.

-Həmin mətbuatkonfransında yerli KİV-lərin nümayəndələri iştirak etmirdilər?

-Təbii ki, yerli KİV-lərinnümayəndələri də iştirak edirdilər. "Ədalət" qəzetinin baş redaktoruAqil Abbas və onun müavini Mehman Cavadoğlu da iştirak edirdi, hətta həmin vəhşilikləri gözləri ilə görən vəçəkilişləri aparan Azərbaycan Teleradio Şirkətinin operatoru və digər dövlət mətbuatını təmsil edənjurnalistlər də iştirak edirdi, amma təəssüf ki, həmin vaxt bütün dünyanınKİV-ləri Xocalıda baş verən faciədə yüzlərlədinc əhalinin vəhşicəsinə soyqırıma məruzqalmasını bizim təqdim elədiyimiz foto və video görüntülərlə yaydığı birvaxtda, "Səhər", "Ədalət"və bir də, səhv etmirəmsə, müxalifət qəzetlərindən hansısa istisnaolunmaqla Azərbaycan rəhbərliyinin göstərişiilə digər KİV-lər hələ də Xocalının işğal olunmadığı və iki nəfərin qətləyetirilməsi ilə bağlı məlumatlar yayırdılar.

Təəssüf ki, sonradanbizim gördüyümüz və mətbuat konfransında nümayiş etdirdiyimiz kadrlar sonradanyoxa çıxdı və ya nədənsə hələ bu günə qədər də nümayiş olunmur. Rəhmətlik MilliQəhrəmanımız Çingiz Mustafayevin çəkdiyi və bu günədək nümayiş edilən görüntülərəsl faciənin 20-30 faizidir. Ən dəhşətli kadrlar Türkiyəlijurnalist Seyfəddin Altaylının və onunoperatorunun çəkdiyi görüntülərdə vardı. Seyidağa Mövsumovun da arxivində, əgərsonradan o vaxtki dövlət rəhbərliyinin göstərişi ilə məhv edilməyibsə, bugörüntülər olmalıldır. Ən azından həmin mətbuat konfransının lent yazıları ovaxtkı DTK-nın (KQB) arxivində olmalıdı. Çünki onlar da həmin mətbuat konfransını lentə alırdılar.

Rüfət Soltan