Xızıda orta məktəb şagirdi intihar edib
Xızı rayonunda məktəbli oğlan özünü asıb.
Bildirilir ki, Sitalçayda hərbi şəhərcikdəki orta məktəbin 7-ci sinfində oxuyan 14 yaşlı Rüfət sakit təbiətli və yaxşı oxuyan şagird olub. Məktəbin direktoru bildirdi ki, o, cümə günü dərslərdə iştirak edib:
"Qiymətləri də yaxşı idi, bir dənə də olsun üçü yox idi. Həm də çox tərbiyəli, hissiyyatlı uşaq idi. Həmin gün qonşularında yas mərasimi varmış, ora gedibmiş. Daha sonra həyətdə qəfil tövləyə daxil olaraq özünü asıb. Nənəsi daha sonra onu tapıb. Ağır vəziyyətdə xəstəxanaya aparılsa da, artıq gec olub”.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, intihar edən yeniyetmənin ailəsində problemlər olub və keçən il onun valideynləri boşanıb. Buna görə də anası ilə birgə Şurabaddan Sitalçaya nənəsinin evinə gələn R.Bayramov 2016-cı ildə buradakı məktəbdə təhsilini davam etdirib. Hadisə vaxtı onun anası işdə olub.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
04 May 2024 13:58
Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43