adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2024 10:33
1007
HADİSƏ

Xırdalanda əl qumbaraları və partladıcılar tapıldı

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində partladıcı və qumbaralar tapılıb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 12 ədəd F-1 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.