XİN: Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir

Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, sessiya zamanı Qəzza bölgəsində davam edən hərbi gərginlik və humanitar böhranın narahatlıq mənbəyi olaraq qaldığı və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.
Yalçın Rəfiyevin çıxışında Qəzza bölgəsində atəşkəsin əldə olunmasının və humanitar yardımın bölgəyə çatdırılmasına şəraitin yaradılmasının əhəmiyyəti qeyd olunub.
Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Azərbaycanın İƏT-in fəal üzvü kimi Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə göstərdiyi yardımlarının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Digər Xəbərlər

Səfir Allahşükür Paşazadəni İranda keçiriləcək beynəlxalq konfransa dəvət edib

Prezident Stiven Doutini qəbul edib - FOTOLAR

Əcnəbilər üçün viza prosedurları sadələşdirilib - SƏRƏNCAM

Zelenski İlham Əliyevə təşəkkür etdi

Ukrayna səfirliyi: Azərbaycan xalqının “qardaş yardımı” həmişə xatırlanacaq

Kəlbəcərə qayıdış tarixi Zəfərin davamı və inkişafın yeni mərhələsidir

Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
