Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşam saatlarından iyunun 28-i səhərədək hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, paytaxt və yarımadada leysan xarakterli intensiv yağış yağacaq, şimşək çaxacaq. Gecə saatlarında yağıntının qısa müddət ərzində daha da güclənəcəyi ehtimal edilir. İyunun 28-də isə havanın nisbətən sərin keçəcəyi proqnozlaşdırılır.
Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin iyunun 28-i axşam saatlarınadək davam edəcəyi bildirilir. Ayrı-ayrı ərazilərdə güclü yağış, şimşək və dolu müşahidə oluna bilər.
Sinoptiklər xəbərdarlıq edirlər ki, yağıntılar nəticəsində Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarında qısamüddətli sel və daşqınların baş verməsi, həmçinin həssas ərazilərdə subasma hallarının yaranması istisna olunmur.
Digər Xəbərlər
26 Iyun 2026 12:20
Bakıda hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
26 Iyun 2026 11:13
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
26 Iyun 2026 10:54
“Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır...”
26 Iyun 2026 10:27
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi - FOTOLAR
26 Iyun 2026 00:33
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
26 Iyun 2026 00:00
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
25 Iyun 2026 23:30
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
25 Iyun 2026 20:17


Bakı -°C

