adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Avqust 2018 15:51
7304
GÜNDƏM

Xəzərin statusuna dair konvensiya imzalandı

Bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

Adalet.az xəbər verir ki, zirvə toplantısında iştirak edən Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair konvensiyaya imza atıblar.

Qeyd edək ki, sənəd üzərində iş 1996-cı ildən aparılıb, konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.