Xəzərin hüquqi statusu öz həllini tapır - Açıqlama
"Xəzərin hüquqi statusunun müəyyənləşdirən Konvensiyanın 6 maddəsi üzrə tam razılıq əldə olunub”.
Bu sözləri İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.
Onun sözlərinə görə, iki gündür Bakıda işçi qrupunun iclasında bir sıra irəliləyişlərə nail olunub: "20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq. Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik. Həştərxan sammitində əldə olunan razılaşmalar və sənədlər Konvensiya layihəsində öz əksini tapacaq. Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin”.