Xəzər dənizində suyun səviyyəsi azalır
"Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Hazırda dənizin səviyyəsi - 28 metrə çatıb. Bu, dənizin dayanıqlıq səviyyəsidir”.
Adalet.az-ın məlumatına görə, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev deyib.
Onun sözlərinə görə, 1977-ci ildən 1995-ci ilədək Xəzərin səviyyəsi 2,5 metr artıb. 1995-ci ildən etibarən azacıq tərəddüdlə səviyyə düşüb və qalxıb. 2009-cu ildən sonra isə dənizin səviyyəsi intensiv sürətdə düşməyə başlayıb.
Z.Allahverdyev deyib ki, səviyyənin azalması hidroloji rejim, tektonik və atmosferdəki proseslərlə əlaqələndirilir: "Hələlik dənizdə səviyyənin düşmə dövrü gedir. Təhlükəli və dağıdıcı təsiri yoxdur. Əsas məsələ dənizin səviyyəsinin azalması nəticəsində bir sıra obyektlərin quruda qalmasıdır. Ancaq onun da baş verməsinə inanmıram. Çünki Sovet dövründə tikilən dəniz obyektlərinin hamısı -28 metrdən (+-) 2 metr fərqlə hesablanıb. Azalmanın nə qədər davam edəcəyinə dair proqnoz vermək mümkün deyil”.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27