Xəzər dənizində suiti cəsədləri aşkarlanıb - VİDEO
Xəzərin sahilində suiti cəsədləri aşkarlanıb.
Adalet.az xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sahillərində, Bilgəh qəsəbəsi yaxınlığında suitilərin ölümünə rast gəlinib.
Mütəxəssislər bildirirlər ki, Xəzər dənizində ekosistemin müxtəlif səbəblərdən korlanması suitilərin tələfatına səbəb olur.
Coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova bildirib ki, fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, suitilərin Xəzər dənizində antropogen və təbii təsirlərdən nisbi azalması qeydə alınır.
Balıqçılıq və Akvakultura Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı zəruri tədbirlər görülür. Əməkdaşlar əraziyə cəlb edilib və nümunələrin götürülməsi həyata keçirilir. Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər Xəbərlər
10 Mart 2026 20:18
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
10 Mart 2026 17:43
Bakıda dövlət xətti ilə ən çox ipoteka krediti Xətai rayonunda verilib
10 Mart 2026 17:38
Gəncənin Baş planı təsdiqləndi
10 Mart 2026 13:46


Bakı -°C

