Xəstələr ölümə tərk edilir - Avropa ölkəsində şok
İsveçin Qavleborq bölgəsində qocalar evində yaşayan COVİD-19 xəstələri ölümə tərk edilir.
Axar.azxəbər verir ki, bu barədə qocalar evində işləyən tibb bacısı Latifa Löfvenberq BBC-yə açıqlamasında deyib.
O bildirib ki, süni tənəffüs aparatına qoşulmayan xəstələr can verərək həyatını itirir:
"Aparata qoşulmayan xəstələr bir neçə günə ölür. Buradakı yaşlı nəsil xəstəxanaya aparılmır. Bu insanlar xəstəxanaya aparılaraq təcili müalicə olunmalıdır”.
L.Löfvenberq qeyd edib ki, qocalar evində xəstələrə morfin vurulur:
"Bu da xəstələrin nəfəs almasını daha da çətinləşdirir və ölümünə səbəb olur”.
Qeyd edək ki, İsveçdə 22 min 82 nəfər COVİD-19-a yoluxub, 2 min 669 nəfər isə həyatını itirib.