adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Avqust 2019 17:47
44197
ƏDƏBİYYAT

Xatirə - Mayis Səlim yazır

(hekayə)

O günü yaxşı xatırlayıram...

Yaşımın bu çağında,saç-saqqalımın ağaran vaxtında hər şey indicə baş verirmiş kimi gözləriminqarşısındadır...

Avqustun son günlərindən biriidi. Səhər tezdən ailəlikcə doqqaza, həyət qapısının qarşısına yığışmışdıq. Günəşdağların arxasından təzəcə boylanırdı, ancaq indidən bilinirdi ki, hava yenə bərkisti olacaq. Mən Bakıya – institutda oxumağa gedirdim, atam, anam, məndənbalaca bacım və qardaşım isə məni yola salırdılar. Yaxın qonşularımızdan da birneçəsi qapıya çıxmışdı.

Kənd məktəbini əla qiymətlərləbitirmişdirm, hamının gözlədiyikimi, imtahanlardan da yüksək qiymətləralıb istədiyim ali məktəbə qəbul olunmuşdum. Qəbul imtahanlarının nəticələribilinəndən sonra bir-iki gün də Bakıda ləngimiş, tələbə biletini və qiymətkitabçasını alıb evə qayıtmışdım. Evimizdə toy-bayram idi. Pərvanə kimi başımadolanırdılar. İsti yay günlərində bir ayBakıda kirayə qaldığım evdə gecə-gündüz əziyyətə qatlaşıb imtahanlarahazırlaşmışdım, günlərimi yarıac-yarıtox keçirmişdim. Bir yandan daimtahanların zəhmi, qəbul olunmamaq qorxusu... Elə günə düşmüşdüm ki, çörək yeyəndəanam məni körpə uşaq kimi dilə tuturdu:

- Can, can, ay oğul, gör necə arıqlamısan. Ürəkliye, bala, bir az özünə gəl, sabah-birisigün gedəcəksən, yenə qalacaqsan özumuduna.

Sonra da əllərini göyə qaldırırdı:

-Şükür sənə, ayAllah, balamın əziyyəti puç olmadı, bizim də arzumuzu gözümüzdə qoymadın.

Onu da deyim ki, ali məktəbə qəbul olunmağım haqqında sənədlərimialıb kəndə qayıdanda həyətimizdə qurbankəsilmişdi. Anam ertəsi gün səhər tezdən məni kəndimizdən bir qədər aralıdayerləşən ziyarətə aparmışdı, oraya nəzir qoymuşduq.

Hər axşam qohum-qonşudan evimizə gözaydınlığına gələnlər olurdu. Həyətdəkiiri tut ağacının kölgəsində salınmış palazın üstündə samovar çayı içilir, biraz gec qalanların qabağına qurban ətindən bişirilmiş yeməklərdən də qoyulurdu.

Hamı dağılandan, əl-ayaq çəkiləndən sonra özümüz də süfrə ətrafınayığışırdıq. Bir dəfə yenə süfrə arxasında oturduğumuz zaman atam üzünü mənə tərəf tutdu:

-Sağ ol, ay oğul, üzümüzü ağ elədin. Gün o günolsun ki, institutu qurtarasan, diplomunu alıb gələsən. Bax, inşallah, birqurban da onda kəsərik, - dedi.

Anam da həmişəki adəti üzrə yenə əllərini göyə açaraq:

-Amin, a kişi, Allah ağzından eşitsin! – deyərəkdua elədi.

Günlərimi,demək olar ki, evdə keçirir, istirahət edirdim, böyükdən-kiçiyə hamı qulluğumdadururdu. Arada kənd içinə də çıxır,tay-tuşlarımla görüşür, söhbətləşirdim.Ata-anamın etirazlarına baxmayaraq,bir gün uşaqlara qoşulub kəndimizdən bir qədər aralıdakı təpəlikdənböyürtkən yığmağa da getmişdim. Anam gətirdiyim böyürtkəndən bişirdiyi mürəbbənişüşə qablara yığanda üzünü mənə tutub demişdi:

-Bax, bu mürəbbələri qışda sənə göndərəcəyəm, çayaqarışdırıb içərsən, azar-bezar da səndən uzaq olar.

Mən zarafat eləmişdim:

-Ay ana, buqədər mürəbbəni bir qışa necə qurtaracağam?

Anam da əlüstü:

-Təkolmayacaqsan ki, ay oğul, hər halda otaq yodaşların da olacaq,-deyə cavabvermişdi.

Bir dəfə qardaşımı, bacımı yanıma çağırıb, yaşımayaraşmayan ciddiyyətlə kişi-kişi onlara öyüd-nəsihət də vermişdim:

- Ata-anamızın sözünə qulaq asın, dərslərinizə möhkəmçalışın ha!

Sonra üzümü qardaşıma tutaraq:

-Daha nə qalıb ki, ay Adil, gələn il də sən məktəbiqurtarırsan. Qış tətilində səni Bakıyaaparacağam, girmək istədiyin institutu daqabaqcadan görərsən, - demişdim.

Bacımküskünlüklə mənə sığınıb:

-Qaqaş, bəs məni aparmayacaqsan?-deyəağlamsınmışdı.

Adil ona təpinmişdi:

-Hələ sənin məktəbi qurtarmağına dörd il var, haratələsirsən?

Mən isə tez bacımın könlünü almışdım:

-Aparacağam, niyə aparmıram ki? Dənizi də göstərəcəyəmsizə. Qız qalasına da çıxacağıq.

Bir görəydiniz,onda sevincdən bacımın gözləri necəalışıb-yanırdı!

Arada atam mənirayon mərkəzinə aparıb təzə pal-paltar, ayaqqabı, hətta qol saatı da almışdı.İmtahana gedəndə atam öz saatını mənə verib demişdi:

-Al bu saatı, bağla qoluna, burda mənim nəyiməlazımdır ki? İnşaallah instituta girərsən, istəsən, qaytararsan, sənə təzəsinialarıq.

Kəndəqayıdanda saat qolumda deyildi, onu itirmişdim. Düzü, utandığımdan evdəkilərəbelə demişdim, əslində saatı əlimdən almışdılar.

... Sənədlərimiinstitutdan alıb kirayə qaldığım evə qayıtmışdım. Kəndə səhər tezdən yola düşəcəkdim.Ona görə də axşam hava bir az sərinləyən kimi şəhərə gəzməyə çıxdım. Gəzə-gəzədəniz kənarına gəldim, bulvarda elə şəstlə addımlayırdım ki, sanki bütün alçaqdağları mən yaratmışam. Forsumdan yerə-göyə sığmırdım.

Artıq havaqaralmışdı, saatıma baxdım. Gec idi. Evə qayıtmaq üçün avtobusa mindim. Mənəlazım olan dayanacaqda düşüb, yolukeçdim, kəsə olsun deyə, parkın içi ilə getməyi qərara aldım. Yolu yarı eləmişdimki, qabağımda iki oğlan gördüm, uzunsaçları vardı, damaqlarında siqaret tüstüləyirdi. Əhəmiyyət vermədən ötüb keçmək istədim.Oğlanlardan biri qolumdan tutdu, o biri isə hırıldaya-hırıldaya:

-Hara tələsirsən,alə?-dedi. Sonra yaxına gəlib qarnıma bir dürtmə vurdu,-Sakit ol, səsiniçıxartma, bildin? Yoxsa...-Bunu deyib sağ əlini yuxarı qaldırdı. Əlindəkibıçağı görəndə əlim-qolum boşaldı.Başa düşdüm ki, bunlar əmim oğlu deyən şəhərxuliqanlarıdır. O, hələ kənddə olanda mənə belə şeylər haqqında danışmış, bərk-bərktapşırmışdı ki, axşamlar şəhərə tək çıxmayım, xəlvət yerlərdən keçməyim. Düzü,bərk qorxmuşdum, ayaqlarım əsirdi. Zəif bir səslə dilləndim:

-Nə istəyirsiniz?Buraxın gedim, mənimlə nə işiniz var?

Qolumdantutan oğlan astadan:

-Bax, ağıllı ol, bizi incitmə, biz də səni incitmərik.Cibində olan pulları ver, sonra çıx get. Səs-küy salmaq istəsən, sənə pis olarha!

Özümüitirmişdim, amma bilirdim ki, əl çəkən deyillər, ətrafda da ins-cinsgörünmürdü. Başqa çarəm yox idi, onsuz da cibimdə pul çox deyildi, qalanını evdəqoymuşdum. Xuliqanlar pulun azlığınıgörüb şübhələnmişdilər, ona görə də bütün ciblərimi eşələdilər, heç nə tapmayıbəl çəkdilər. Amma gedərkən qolumdan atamın saatını da açıb apardılar...

...Avqust ayının necə başa çatdığını heç hiss eləmədim,bir də gördüm ki, budur, hamı yığışıb məni Bakıya yola salır. Bir azdan kəndçimizQafar dayı öz " Volqa”sı ilə gəlib məni də götürəcəkdi. Qafar dayının oğlu vəbacısı qızı da institutda oxuyurdular, onları Bakıya özü aparırdı. Atamınxahişi ilə məni də özləri ilə götürəcəkdilər.

Kəndinyuxarısından Qafar dayının maşınının gəldiyini görüb, məni yola salanlarlasalamatlaşıb-sağollaşmağa başladım. Bacım boynumu qucaqlayıb məni bir neçə dəfəöpdü. Anam tez onun əlindən tutub kənara çəkdi:

-Bəsdir, ay qız, uşağın ətini tökmə.

Anam belədeyəndə səsinin titrədiyini hiss etdim. Atam isə bir tərəfdə durub qürurla ətrafımızatoplaşanlara baxırdı. Zarafat deyildi, traktorçu Zahid də daha tələbə atası idi!

Məni yolasalanlar arasında itimiz Sarı da vardı.Uşaqlıqdan onun qayğısına həmişə mən qalırdım.Qoyun otarmağa gedəndə daim yanımda olardı. Sarı nə isə anlayıbmış kimiməndən əl çəkmir, böyür-başıma keçir, tez-tez ayaqlarıma sürtünürdü. Allahınheyvanı elə bil nəsə hiss eləmişdi.Əyilib əllərimi onun boyun-boğazında gəzdirdim,üzümü Adilə tutub:

-Bax, Adil, Sarını sənə tapşırıram,-dedim.-Gözünüstündə olsun.

Adil əminlikləməni arxayın elədi:

-Narahat olma, qaqaş, ona səndən də yaxşıbaxacağam,- deyib o da itin belini tumarladı. Onun sözünə gülüşdük, sanki Sarıda bu söhbəti başa düşmüşdü, arxayınlıqla bizdən ayrılıb, quyruğunubulaya-bulaya həyətə keçdi.

...O qızmar avqust gününün səhəri mən Bakıyagedirdim - tələbə olacaqdım. Qarşıda isəməni yeni, maraqlı bir həyat – tələbəlik həyatı, indi mənə əsrarəngizgörünən şəhər həyatı gözləyirdi...

Mayis Səlim,

Şəki,

2017.