Xankəndidə Zəfər parkına görə 12,9 hektar ərazidə söküntü işləri aparılacaq
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzi olaraq Xankəndi şəhərində Zəfər parkı yaradılacaq. Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.
Adalet.az-ın məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.
Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

