adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Aprel 2024 09:36
1167
KRİMİNAL

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə xeyli silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.