adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Aprel 2024 10:08
1079
KRİMİNAL

Xankəndidə silah-sursat aşkar edilib

Xankəndidə silah-sursat aşkar edilib.

Bu barədə Adalet.az-a DİN-dən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 6-da və 7-də Xankəndi şəhəri ərazisindən 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 1 tüfəng, 18 qumbara, 19 alışdırıcı, 3 trotil, 57 patron darağı, 4467 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.