Xankəndi Bəyannaməsi qəbul edildi
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığın inkişaf istiqamətlərini özündə əks etdirən Xankəndi Bəyannaməsini hazırlayaraq yekdilliklə qəbul ediblər.
Mədəniyyət Nazirliyindən Adalet.az-a bildirilib ki, bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevə yubiley tədbirlərinin keçirilməsi təşəbbüsünə, müvafiq Sərəncamın imzalanmasına, Türk dünyası əməkdaşlığının inkişafına göstərdiyi daimi diqqətə, eləcə də tədbirlərin Bakı və Xankəndi şəhərlərində yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlıq ifadə olunub.
Sənəddə, həmçinin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladıqları təbrik müraciətlərinə görə türk dövlətlərinin başçılarına təşəkkür bildirilib.
Digər Xəbərlər
03 Iyul 2026 19:54
Azərbaycan regionun innovasiya mərkəzlərindən birinə çevrilir”
03 Iyul 2026 19:40
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib - VİDEO + YENİLƏNİB
03 Iyul 2026 15:11
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
03 Iyul 2026 13:51


Bakı -°C

