adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 19:16
84
DÜNYA
A- A+

“Xamenei Trampın sözünə qulaq asmalıdır”

Pentaqon rəhbəri Pit Heqset bu gün keçirdiyi brifinqdə İranın yeni Ali Rəhbəri Müctəba Xameneiyə birbaşa xəbərdarlıq edib.

Adalet.az xəbər verir ki, nazir İranın yeni liderini nüvə ambisiyalarından əl çəkməyə və Prezident Donald Trampın şərtlərini qəbul etməyə çağırıb.

“İranın yeni Ali Rəhbəri Müctəba Xamenei Prezident Trampın sözünə qulaq asmalı və nüvə silahı yaratmaq planlarından imtina etməlidir. O, nüvə silahı yaratmağa çalışmamalı və bunu birbaşa bəyan etməlidir”, – deyə o bildirib.

Heqset əlavə edib ki, hazırda davam edən “Epik Qəzəb” (Epic Fury) əməliyyatının əsas hədəflərindən biri məhz İranın nüvə arsenalına sahib olmasının qarşısını “əbədi olaraq” almaqdır:

“Tehranın hərbi infrastrukturu sistemli şəkildə məhv edilib, yeni rəhbərliyin yeganə çıxış yolu isə tam təslimiyyət və nüvə proqramını dayandırmaqdır. Əgər Tehran nüvə silahı sahəsində hər hansı irəliləyişə cəhd edərsə, ABŞ-nin cavabı daha dağıdıcı olacaq”.