adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 May 2019 17:41
15036
ƏDƏBİYYAT

Xalqın ulu öndərə məhəbbəti əbədidir



Azərbaycanmüstəqillik əldə etdikdən sonra ilk növbədə qarşıda dayanan vəzifələrrespublikanın suverenliyinin möhkəmləndirilməsi, daxildəictimai-siyasi sabitliyin

yaradılmasıidi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanlar bütün məsələlərdəöz mənafeləri baxımından çıxış edir, kreslo, vəzifə üstündə mübarizəaparırdılar. Ölkənin taleyi haqqında, demək olar ki, düşünən belə yox idi.1993-cü ildə Azərbaycanın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevinhakimiyyətə qayıdışı ilə ölkəni bürümüş xaosa, özbaşınalığa, siyasiqalmaqallara qarşı mübarizə dövrü başlandı. İlk növbədə Heydər Əliyevin siyasiuzaqgörənliyinin köməyi ilə ciddi tədbirlər görüldü, müstəqilliyimizə mane olantəhlükələr dəf olundu. Qısa müddətdə siyasi qalmaqallar aradan qaldırıldı. Ölkədəxalqın gecə-gündüz arzuladığı siyasi sabitlik böyük çətinliklərlə bərqərarolundu. Böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyev bütün çətinlikləri,ağırlıqları çiyinlərinə götürərək ölkəni məhv olmaq təhlükəsindən xilas etdi vəAzərbaycanı böyük gələcəyin yoluna çıxartdı.

Artıqbu günkü Azərbaycan yeni Azərbaycandır. Azərbaycanda son illər ərzində həyatınbütün sahələrində aparılan islahatların, görülən böyük işlərin uğurlu nəticələrirespublikanın tərəqqisinin stimullaşdırılması üçün kifayət qədər güclüpotensialın yaranmasına səbəb olub. İndi bütün sahələrdə nəzərəçarpacaq irəliləyişlərmüşahidə edilməkdədir və şübhəsiz ki, qazanılmış nailiyyətlərin əsasındaümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasət və busiyasətin bu gün möhtərəm dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurladavam etdirilməsi dayanır.

Bu günAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin biristiqaməti də azərbaycançılıq ideyalarının və milli -mənəvi dəyərlərinqorunması və inkişaf etdirilməsidir. Bu isə səbəbsiz deyildir. Belə ki, azərbaycançılıqideyalarının inkişafı, milli- mənəvi dəyərlərin yüksək səviyyədə qorunmasıböyük öndərimizin həmişə sadiq qaldığı prinsiplərdən biri olmuşdur. Heydər Əliyevinhəyatı boyu uca tutduğu azərbaycançılıq ideologiyasının başlıca məqsədi müstəqildövlətçiliyimizin möhkəmləndirilməsindən və xalqın mənlik şüurunun yüksəldilməsindənibarət olmuşdur.

Milliideologiya milli şüur kimi təcəssüm etdiyi üçün onun sosial bazasınınformalaşması birbaşa iqtisadi dirçəlişlə bağlıdır. Odur ki, iqtisadipotensialın zəif olduğu ictimai mühitdə cəmiyyətin əqidə birliyi və mütəşəkkilliyiniyaratmaq çətinləşir, şəxsi maraqlar milli mənafeləri üstələyir. Bu isə cəmiyyətinbütövləşməsi qarşısında çox ciddi maneəyə çevrilir.

İctimaişüurun bazasında milli şüurun yaradılması cəmiyyətin müstəqil, sərbəst və azadbir subyekt kimi formalaşmasında aparıcı amil olduğu üçün Heydər Əliyev AzərbaycanRespublikasının rəhbəri olduğu 1969-cu ildən başlayaraq ölkənin iqtisadi dirçəlişinəçox mühüm diqqət yetirdi. Sovet dövründə milli şüurunformalaşdırılmasının çox çətin problem olmasına baxmayaraq ümummilli liderimizbuna nail oldu. Müstəqillik dövründə isə milli şüurun formalaşdırılması üçünmünbit şərait yarandı.

HeydərƏliyev hər bir azərbaycanlıya azərbaycançılıq təlqin etdi, ölkədə azərbaycançılıqiradəsinin bərqərar olmasına səbəb oldu. Məncə, bu, dahi şəxsiyyətin heç zamanunudulmayacaq tarixi xidmətlərindən biridir.

Otuz dördildən artıq müddətdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onubir dövlət, bir millət kimi tarixin sınaqlarından çıxaran və dünya dövlətlərbirliyinə qovuşduran ümummilli liderimiz Heydər Əliyev özünün güclü şəxsi keyfiyyətlərinigeniş məkanda bir daha təsdiq edərək adını dünyanın məşhur dövlət xadimlərininsırasına yazdı. Hələ sağ ikən xalqı qarşısında misilsiz xidmətləri ilə canlı əfsanəyəçevrilmiş və millətin mənəvi atası səviyyəsinə yüksəlmiş Heydər Əliyevfenomeninə maraq və hörmət günbəgün daha da artır, onun mahir idarəçilikistedadı bəşəri mədəniyyətin tərkib hissəsinə çevrilib.

MüasirAzərbaycanın tarixinin böyük bir hissəsi şöhrətli siyasi şəxsiyyət, ümummilliliderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, respublikamızda başqaları kimi rəhbərliketməyib. Ölkəsinin inkişafı, problemləri qayğısına qalıb. Xalqın şərəfini ucatutub. Ziyalılarımızı imperiya maşının caynağından qoruyub. Elmi, təhsiliinkişaf etdirib. Bütün sahələrdə milli kadrlarımız hazırlanması işinə xüsusidiqqət və qayğı göstərib. Və ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə elə böyük problemləri həll edib ki,onu yarım əsrə güclə həll etmək olardı. Bunlar müdrikliyin, xalqa, Vətənəsevginin bəhrəsi idi.

HeydərƏliyev müdrik şəxsiyyət idi. Onun şəxsi nüfuzu sayəsində ölkəmizin dünya dövlətləriarasında nüfuzu da yüksəldi. Heydər Əliyevin nadir siyasi zəkası və təcrübəsisayəsində Azərbaycan Respublikası güclü iqtisadiyyatlı, güclü ordulu,qanunların aliliyi təmin olunan bir dövlətə çevrildi.

Ümummilliliderimiz həmişə xalqın istək və arzularını ifadə edib, onların həyatda əksinitapmasına çalışıb. Bütün şüurlu həyatını buna həsr edib. Azadlıq, müstəqillik,demokratik cəmiyyət, hüquq bərabərliyi daim xalqımızın amalı olub. Bu amalıböyük azərbaycanlı Heydər Əliyev həyatda gerçəkləşdirdi və dünyaya sübut etdiki, Azərbaycan xalqı qədim, zəngin mədəniyyətinə malik, demokratik ruhlu,müdrik xalqdır. Bu xalq dünyanın inkişafına həmişə böyük töhfələr verib, bundansonra da verəcəkdir. Böyük öndərimizin siyasi kursunun layiqli davamçısı AzərbaycanPrezidenti cənab İlham Əliyev bu ideyaları böyük uzaqgörənliklə, peşəkarlıqla genişləndirir,xalqına, Vətəninə xidmətə yönəldir. Çünki xalqın da, rəhbərinin də amalıbirdir. Xalq Heydər Əliyev ideyalarına tapınıb, ölkənin gələcəyinin buideyalarda olduğuna Heydər Əliyev strategiyasına necə bağlı olduğunu çox gözəlqeyd edib: «Azərbaycan xalqı HeydərƏliyevə yalnız bir prezident kimi deyil, Azərbaycanın müasir inkişafına güclü təsiriolan bir şəxsiyyət, bütün həyatını xalqın inkişafına sərf etmiş bir insan kimimünasibət bəsləyir.» Aradan çox-çox zamanlar ötəcək, lakin Azərbaycanxalqının böyük öndər Heydər Əliyevə məhəbbət və ehtiramı bir damla belə əksilməyəcək.Çünki Xalqın ulu öndərə məhəbbəti əbədidir.

Aydın Abbasov

"Azərsu” ASC-də İstehsalat Departamentinin rəisi

2-ci dərəcəli "Əmək” ordenli və "Tərəqqi” medalı