adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Mart 2024 10:07
1789
ƏDƏBİYYAT

XALQ YIĞINTI DEYİL, NECƏ Kİ GÖL... - Kəramət yazır

qarışıq fikirlər

XALQ YIĞINTI DEYİL, NECƏ Kİ GÖL...

YARADICILIQ DA TÖRƏMƏ

...nənələrin yaxşı bir sözü var; Allah yaradıb ki, yerüzü boş qalmasın.

Bir yer düşünün ki, həmıdan hər şey olar, bunun anlamı o ki, burda mütəxəssis nədi, heç siması olan da yoxdu. Pis olmaq simasızlıqdan yaxşıdı. Əgər məndən iki şey düzəlibsə, mən heçnəyəm.

Adam da, toplum da təkamül prosesinin hansı mərhələsindəsə, ona o dərəcədə müdaxilə də haqlı sayılır.

Hələ ana bətnində, sperma şəklində qalan ölkələr, adamlar var: Üzünə bax, biləcəksən.

Bir də bicələklər.

Orxan Pamuka TC-də vəzifə təklif ediblər, gülüb ki, mən yazıçıyam.

Amma bir güləşçini bank sistemində yüksək vəzifə verdilər və Türkiyə iqtisadiyyatı bütün sahələrdə ləyaqətsizlikdən çöküb.

Normal ölkədə adam da normal olar, şairin parlamentdə nə işi , ya da alimin, əlbəttə alimsə-şairsə.

Mənim uzun müddətli münasibətim olduğu, xətrini istədiyim biri həm şair, həm iqtisadiyyatçı, tərcüməçi, dramaturq, elmlər doktoru...politoloq...Allah şəfa versin-qapısını açsın, ondan betərlər var.

Xalq olmaq üçün müəyyən mərhələlərdən tarixən keçib gəlməlisən ki, "İmzalar içində imzan olsun." Adam olmaq ikiayaqlı, hərşey omadığı kimi.

Yoxsa, kimdi vecinə alan. Axı, adam-toplum kimi formalaşmamısan.

Adamları, tayfa, qəbilələri bir yerə yığıb ətrafına sərhəd çəkirlər ki, ...stan. Aclıqda-səfalətdə saxlayır, biri-birinə qırdırırlar, camaat, təriqət, mağara-yerlibaz təfəkkürüylə. Hərəsinin də lələsi, şefi ya RF, Avropa ölkələrindən biri, ABŞ, İngiltərə...görünən-görünməyən vassallar.

Alt paltarından üstə kimi, mindiyi maşın, təyyarə Avropanın ...bəyənmir, uşağını Oksfordda oxutmağı xəyal edir....nəsəəə.

Məncə, 5-10 ölkəni çıxmaq şərtilə qalanlar türmə kimi bir şeydi, düşərgələr-zonalar Tarkovskidə bu "Zona" məsələsi var, əziz Anar müəllimin son romanında da.

DÜNYANI FIRLADAN ABŞ-IN NİYƏ DÜZ-ƏMƏLLİ FUTBOL KOMANDASI YOXDUR, SİZCƏ?