adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Oktyabr 2016 19:11
22132
ƏDƏBİYYAT

XALQ ŞAİRİ MƏMMƏD ARAZIN POEZİYA GÜNÜ

Bu gün görkəmli Azərbaycanşairi Məmməd Arazın anadan olmasının il dönümü qeyd olunub. 

1933-cü ildə Azərbaycanınən gözəl və səfalı bölgələrindən olan Şahbuz rayonunda, dağın zirvəsində yerləşənNurs kəndində dünyaya gəlmişdir Məmməd Araz. Gözəlliklər məskəni olan bu yerlərBadamlı, Sirab, Vayxır, çoxsaylı mineral su mənbələri və bulaqlarla zəngindir.Deyilənlərə görə, kəndin adı əvvəllər Nursu olmuşdur. İnsanların gözlərinə nurverən şəfalı kənd bulaqları və çeşmələri ilə mənalandırılır bu ad. Doğulubboya-başa çatdığı kəndin adı kimi şairin özü də nurlu, parlaq, zəkalı ziyalıolmuşdur. Taleyin ağır sınaqlarına mərdliklə dözərək, saysız-hesabsız maneələriinadla dəf edərək yarım əsrə yaxın Azərbaycan poeziyasının simasında nur saçan ənparlaq ulduzlardan biri olmuşdur. Azərbaycanda istiqlal təfəkkürününformalaşmasında və təkamülündə Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. O,xalq, cəmiyyət, milli dövlətçiliyimiz qarşısında öz məsuliyyətini dərk edən əslxalq şairi, Azərbaycan ziyalısı idi.

Kənddə orta məktəbibitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərindəinstitutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərindəfəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ciildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinədoğma kəndindəki orta məktəbdə müəllimlikləbaşlayıb. Sonra Bakıya köçərək Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuatİdarəsində müvəkkil kimi çalışıb.

1959-1961-ci illərdəMoskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub.Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət"qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.

"Vətən mənə oğuldesə, nə dərdim" şeiri ilə əsl vətənpərvərlik göstərən şair Vətən üçüncanını verməyə həmişə hazır olduğunu bəyan edib:

Vətən mənə oğul desə, nədərdim,

Mamır olub qayasındabitərdim.

Bu torpaqsız harda, nəvaxt, nə dərdim -

Xəzanımdır, xəzanımdır,xəzanım.

1974-cü ildən ömrününsonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzunmüddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Məmməd Araz xidmətlərinəgörə Xalq şairi fəxri adına layiq görülüb, Azərbaycan Respublikasının"İstiqlal" ordeni ilə təltif edilib, Dövlət mükafatı alıb, Hacı ZeynalabdinTağıyev adına milli mükafatın laureatıdır. Adına "Məmməd Araz"mükafatı təsis olunub. 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və FəxriXiyabanda dəfn olunub.

Naxçıvan MuxtarRespublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Şahbuz rayonunun Nursu kəndindəxalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında imzaladığı sərəncamisə Məmməd Araz sevərlərə daha bir töhfədi.

Şairin əsərləriayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olunub.

Məmməd Arazın bədii tərcümələrisayəsində isə Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilətanış olmaq imkanı qazanıb.

Məmməd Arazın gəncyaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsubolduğu xalqa layiqli şair - vətəndaş xidməti nümunəsidir. Doğma Vətənəbağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi vəsadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Arazyaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər genişoxucu kütləsinin rəğbətini qazanmışdır. Bufikirlər "Məmməd Araz poeziya günü"ndə bir daha səsləndi. Tədbiriştirakçıları və qonaqlarşairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.


Anım mərasiminin aparıcısı şair QardaşxanƏzizxanlı Məmməd Arazın şeirlərindən nümunələr söylədi, yaradıcılığı barədədanışdı. Daha sonra professor Cahangir Məmmədli də şairin yaradıcılığından danışdı. Xalq şairinin ömür-gün yoldaşıGülxanım Fətəliqızı, qızı İradə Tuncay,şairlərdən Musa Yaqub, Tərcümə Mərkəzindən şair Zakir Fəxri və digər təşkilatların nümyəndələri iştirak etdlər.

Anım mərasimi AzərbaycanYazıçılar Birliyinin "Natəvan" klubunda davam etdi.

Şair İlqar Fəhmi də MəmmədAraz poeziyasından, yaradıcılığından bəhs etdi. Tədbiri şair Qardaşxan Əzizxanlı davam etdirdi. Daha sonra məktəblilər Məmməd Arazın şeirlərini səsləndirdi. Mirzə Ələkbər Sabir fondunun prezidenti mərhum şairin nəvəsi Sevda Tahirli də çıxış etdi. Qələmdostlarından şair Musa Yaqub Məmməd Arazla olan dostluqlarında danışdı. Bundan başqa Əli Şirin Şükürlü,  şair Çingiz Əlioğlu, AYB-nin əməkdaşı, şairə Nuranə Nur və başqaları da çıxışetdilər.



Tədbirin sonunda MəmmədArazın qızı, "Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay atasınınyaradıcılığından danışdı, xatirələrini bölüşdü və görkəmli şairə ehtiramla yadedən hər kəsə təşəkkürünü bildirdi. Ən sonda isə Məmməd Arazın publisistik məqalələr toplusu olan "Qarabağ simfoniyası" adlı kitab iştirakçılara təqdim edildi.


Oğuz Ayvaz