Xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb
Tanınmış kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımov "Milli Kino” mükafatına layiq görülüb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, İttifaqın katibi, xalq artisti, professor Oqtay Mirqasımov Azərbaycan kinosuna verdiyi töfhələrə və 75 illik yubileyi münasibətiylə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə 2018-ci ilin "Milli Kino” mükafatına (mükafatı 2000 manat) layiq görülüb.
Əli Vəliyev həmçinin açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan "Milli Kino” mükafatı yaxın günlərdə xalq artistinə təntənəli şəkildə təqdim ediləcək.
Digər Xəbərlər
26 Aprel 2024 17:33
Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24AKTYOR: “Onun başı üçün deyil əziyyəti yerə vurmaq”
23 Aprel 2024 13:43