Gülyanaq Məmmədova "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı konsert proqramı ilə çıxış edib - FOTO
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilir.
Adalet.az xəbər verir ki, Özbəkistan Dövlət Konservatoriyasında keçirilən tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistan-Azərbaycan Dostluq cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycanın zəngin mədəniyyətindən, dövlətlərimiz arasında günü-gündən inkişaf edən münasibətlərdən danışıblar.
Çıxış edənlər "Özbəkistanda Azərbaycan musiqisi günləri"nin Azərbaycan mədəniyyətinin böyük hamisi Ümumilli Lider Heydər Əliyevə həsr edildiyini bildiriblər. Çıxışların ardından Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı konsert proqramı ilə çıxış edib. Saytımıza açıqlamasında Gülyanaq Məmmədova konsertin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu bildirib.
Konsertdə özbək estradasının ulduzu, əfsanəvi "Yalla" qrupunun solisti, xalq artisti Fərrux Zakirov Azərbaycan və özbək mahnılarını ifa edib, tanınmış saz ustası İlham Abdullayev sazda milli oyun havalarımızı səsləndirib.
Konsert proqramında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi ifa edib.
Xalq artisti Gülyanaq Məmmədova konsertinə göstərdiyi maddi və mənəvi dəstəyə görə hörmətli millət vəkili Cavanşir Feyziyevə öz təşəkkürünü bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17


Bakı -°C

