adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 Mart 2020 08:07
28378
ŞOU-BİZNES

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Bəzənyaş üstünə yaş gələndə insanlarda müxtəlif proseslər başlanır. Məsələn , elələrivar yaşlandıqca müdrikləşir, sözünün sanbalı artır, ağbirçək olur. Elələri dəolur ki, necə deyərlər, yaşlanmaq ona düşmür. Normal prosesin tamamilə əksinəgedir.

Xalqartisti Brilliant Dadaşovaya da yaşlanmaq yaramayıb. Bu dəfə də bu proses özünübiruzə verib. Axı oxucularımızın bir coxu yaxşı bilirlər ki, doğum təvəllüdü1959-cu il olan məşhur müğənnimiz özünü gəncləşdirmək ücün sənəddə 1965-ciilyazdırıb. Yəni, tamı-tamına 61 yaş. Bunu xalq artisi Faiq Ağayev də müsahibələrindədəfələrlə qabardıb.

Xülasə,sevilən müğənni yenə qalmaqallı fikirlərlə gündəmə gəlib.

Adalet.azxəbər verir ki, Briliant "Instagram” hesabında bu sözləri paylaşıb:

"Təbiətöz qucağını necə də gözəl təmizlədi – Pis insanlardan, şər və böhtandan,günahsız uşaqları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib, ətrafapislik yayanlardan. Küçələr bomboş...

Təbiətbir az nəfəs almaq istəyir. Az da olsa... Ümid edirəm ki, məni izləyənlərdünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər”.

Qeyd edək ki, bu sənətçinin böyük qalamaqala səbəbolan ilk hərəkət deyil. O,ötən il erməni qarmon ifaçısı Varujan Şahbazyanın yayımladığı videoya "Super” şərhini yazmışdı. Erməni musiqiçi isəona "Sağ ol, əzizim” cavabını vermişdi. Məlum olmuşdu ki, bu B.Dadaşovanınonun ifasına ilk reaksiyası deyil. Varujanın bir çox paylaşımının altında müğənnimizinşərhləri, əla və ürək işarələri ortaya çıxmışdı.

P.S.Zənnimizcə, nəinki Azərbaycanın, hətta bütün planetin koronavirus kimi böyükbir bəla ilə üzləşdiyi çətin bir dönəmdə (ölkəmizdə də ölənlər olduğu məlumdu)xalq artistinin, bir anananın, bir qadının, bir insanın ürəyindəkiləri buformada ifadə etməsi düzgün deyil.

Əntiqə Rəşid