adalet.az header logo
  • Bakı -°C
16 Dekabr 2025 12:29
92
ŞOU-BİZNES
A- A+

Xalq artisti: “Dəfələrlə mənə dedi ki, “Locco” de. Mən o mahnını oxumamışam”

Aktyor  Elşən Orucovun aparıcılıq etdiyi proqramda  qonaq olan  Xalq artisti Niyaməddin Musayevdən “Locco” mahnısını ifa etməsini istəyib. Həmin görüntülər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İzləyicilər tərəfindən tənqid edilən bu video gündəm yaratmağı bacarıb.

Sözügedən video ilə bağlı Adalet.az-a  açıqlama verən  Xalq artisti Niyaməddin Musayev  bu mahnını ifa etmədiyini söyləyib. O qeyd edib ki, aparıcının xahişi ilə sadəcə “locco” sözünü deyib:

“Mən o mahnını oxumamışam. Bilmirəm ki, mənə qarşı niyə belə edirlər.  Bu hərəkətin tək adı məni nüfuzdan salmaqdır. Aparıcı mənə dedi ki, “Locco” denən, mən də dedim. Mən hardan bilim ki, bunlar bu videonu məndən xəbərsiz yayımlayacaqlar. Heç o mahnı haqda məlumatım yoxdur, yəni heç o mahnını bilmirəm. Bircə bilirəm ki, Avropa mahnısıdır. Əvvəlcə  hər hansı bir proqrama dəvət edirlər sonra da belə mənasız hərəkətlər edirlər. Ayıb bilmirlər, untanmırlar. Bunu özümə qarşı hörmətsizlik hesab edirəm. Məni xalq sevir, illərin sənətkarıyam, əlbəttə  millət bunu mənə yaraşdırmaz.  İlk dəfədir o proqramı görürdüm. Dəfələrlə mənə dedi ki, “Locco” de. Anlamadım ki, bunu deməyimi niyə istəyir. Demək, belə  səbəbsiz yerə məni qınaq obyektinə çəvirmək üçün istəyirmiş.

Videonu sosial şəbəkələrdə görəndə dəhşət əsəbiləşdim. İnanın ki, hələ də sakitləşə bilmirəm. Belə hörmətsizliyi, mədəniyyətsizliyi qəbul etmirəm. Biz mədəniyyət insanlarıyıq. Bu hərəkətlər bizə yaraşmaz axı”.


Əntiqə Kərimzadə