adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Dekabr 2017 15:22
11350
GÜNDƏM

XALİD KAZIMLININ HEÇ DÜNYADAN XƏBƏRİ YOXMUŞ

Bu Xalid Kazımlınımən savadlı, dünyagörüşlü, ensiklopedik biliyə malik bir jurnalist kimi tanıyırdım. Heç demə, bunun dünyadanxəbəri yoxmuş. O gün Qüds məsələsi ilə bağlıərəblər haqqında götürüb yazıb ki: «22 dövlət,bir millət». Dünyada 22 ərəb dövləti var,Xalid bəy? Sən Suriyanı, İraqı, Fələstini,Yəməni, Tunisi, Liviyanı, Livanı, Küveyti, Qətəri dövlət sayırsan? Küveytlə Qətərlayihə dövlətləridi, Sinqapur kimi. ƏlcəzairləMərakeş buğda yeyib behiştdən çıxıblar. O birilər də ki it onların günündə,onlar da it günündə.

Fələstində,Suriyada, İraqda, Qəzzədə on minlərlə uşaq acından qırılır, başqa bir ərəb dövlətində şeyxlər qızıl unitaza pəşoedirlər. Liviyada, Yəməndə, Suriyada, at gəldi örkən apardı, yaşamağa birsalamat bina qalmayıb, başqa bir ərəb dövlətindəmin neçə metrlik bina tikib fors edirlər.

Keçmişdə,gərək ki, Ramiz Rövşənin bir hekayəsi vardı,əsir almanları aparırlar, bugünki suriyalıların günündədilər, baxanlardan biri deyir: «Bu nemeslər o nemeslərdən deyil».

Qaqa,indi bu ərəblər o ərəblərdən deyil ey, çetvyortıysort ərəblərdi. Vısşıy sort ərəblər darıxandagəlirlər Azərbaycanda ov eləməyə, tulalarınavə tərlanlarına ayrı təyyarə tuturlar. Qüds onlar üçün maraqlı deyil. Onların qibləsiVaşinqtondu.