adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 May 2013 12:40
24568
MƏMLƏKƏT

Xaçmazda iqtisadi forum başlayır

Bu günmayın 13-də Xaçmaz rayonunda Qafqaz Universiteti və Sosial-iqtisadi tədqiqatlarMərkəzinin təşkil etdiyi II İqtisadi forum öz işinə başlayıb.

Universitetin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə,forumun açılışında çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Sanıç və"Çağ" Öyrətim İşlətmələri Şirkətinin idarə heyətinin sədri ƏnvərÖzərən konfransın işinə uğurlar arzulayıblar. Tədbirdə bildirilib ki, builkiforum maliyyə-iqtisadi böhranından sonra dünya iqtisadiyyatında formalaşmıştendensiyaların müzakirəsinə həsr edilib.

Müzakirələr üç istiqamətdə aparılıb. Birinci istiqamətqlobal iqtisadi problemlər və onlara müasir baxışları əhatə edib. Buradaəsasən, qlobal iqtisadi problemlərin həllinə alternativ yanaşmalar, muasiristehlak cəmiyyəti və onun müasir iqtisadi böhranların yaranmsında rolu, eləcədə müasir dövr iqtisadiyyatının institusional məsələləri müzakirə edilib.

İkinci istiqamətdə sahibkarlığın iqtisadi inkişafdakırolu innovasiyalar, istehsal və marketinq münasibətlərinə yeni baxışlar,həmçinin maliyyə münasibətləri kontekstində geniş diskussiya aparılıb.

Forumun sonuncu müzakirə istiqaməti isə milli-mənəvidəyərlərin müasir iqtisadiyyatdakı rolu ilə əlaqədar olub. Burada milli-mənəvidəyərlərin iqtisadi davranışlara təsiri, alternativ bankçılıq və ticarət əxlaqıkimi məsələlər ətrafında fikir mübadilələri aparılıb.