Xabi Alonso Bundesliqada unikal göstəriciyə imza atıb
“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi olan Almaniyanın “Bayer 04 Leverkusen” klubunun baş məşqçisi Xabi Alonso Bundesliqada unikal göstəriciyə imza atıb.
Adalet.az xəbər verir ki, komandası onun rəhbərliyi altında keçirdiyi ilk 50 görüşün 33-də qələbə qazanmaqla bunu reallaşdırıb.
İspaniyalı mütəxəssis Bundesliqa tarixində ilk 50 matçında ən çox qalibiyyət sevinci yaşayan üçüncü çalışdırıcı olub. O, yalnız “Bayern München”in sabiq baş məşqçiləri Hans-Diter Flik və Pep Qvardioladan geri qalır. Flik təyinatından sonrakı 50 qarşılaşmanın 40-da, rekordçu Qvardiola isə 42-də qələbəyə sevinib.
Qeyd edək ki, “Bayer 04 Leverkusen” hazırda 64 xalla Bundesliqaya başçılıq edir. Leverkuzen təmsilçisi növbəti oyununu martın 7-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.
Digər Xəbərlər
05 Oktyabr 2026 10:22
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
05 Oktyabr 2026 10:14
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
05 Oktyabr 2026 09:33
Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
04 Oktyabr 2026 19:21


Bakı -°C

