WUF13-lə bağlı VACİB XƏBƏR
Son statistikaya əsasən 176 ölkədən 26 mindən çox iştirakçı artıq WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçib və bu miqyas bizim üçün ciddi məsuliyyətdir.
Adalet.az xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.
O qeyd edib ki, belə bir tədbirin uğuru ilk növbədə nəqliyyat əməliyyatlarının fasiləsiz, səmərəli və təhlükəsiz şəkildə təşkilindən asılıdır:
"Nəqliyyat şöbəsi olaraq biz ümumilikdə beş əsas istiqamət üzrə fəaliyyət göstərəcəyik. Bunlar Nəqliyyat Koordinasiya Mərkəzinin 24 saat fasiləsiz fəaliyyəti və bütün nəqliyyat vasitələrinin, o cümlədən avtobusların GPS sistemi vasitəsilə izlənməsi, hava limanı ilə tədbir məkanını birləşdirən və qrafik üzrə fəaliyyət göstərən avtobus sisteminin qurulması, yol hərəkətinin və tənzimləmələrin idarə olunması, rəsmi və yüksək səviyyəli qonaqlar üçün xüsusi nəqliyyat planının hazırlanması, şəhər üzrə müvəqqəti nəqliyyat mübadilə mərkəzlərinin yaradılması və aydın nişanlanma sistemi olacaq. Xidmətlərimiz isə bir neçə kateqoriyaya bölünəcək. Müntəzəm avtobus və transfer xidmətləri, rəsmi və xüsusi mühüm şəxslər üçün nəqliyyatın təşkili, nəqliyyat parkının və dispetçer xidmətlərinin idarə olunması, yol hərəkətinin tənzimlənməsi, xüsusi hərəkət zolaqlarının təşkili, nəqliyyat vasitələri üçün xüsusi buraxılış sisteminin idarə olunması, istiqamətləndirici işarələr, informativ xəritələr və bukletlərin hazırlanması və paylanması, taksi əməliyyatları, məkan daxilində nəqliyyat və qolfkart xidmətləri, fiziki məhdudiyyətli şəxslər üçün əlçatan infrastrukturun təmin edilməsi”.
V. Aslanov deyib ki, bütün bu xidmətlər dövlət qurumları ilə koordinasiyalı şəkildə və protokol qaydalarına uyğun həyata keçirilir:
“Sistemimizin dörd əsas məkanı mövcuddur: Heydər Əliyev Beynəlxalq Hava Limanı – qonaqların gəliş və gediş qovşağı, Bakı Olimpiya Stadionu – tədbirin əsas məkanı, şəhərin əsas nəqliyyat qovşaqları və stansiyaları və Bakı üzrə rəsmi otellər. Bu məkanlar arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması əsas prioritetlərdən biridir”. /apa
Digər Xəbərlər
15 May 2026 11:48
“Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - VİDEO
15 May 2026 11:19
Səhiyyə Nazirliyi WUF13 ilə əlaqədar həyata keçirilən işləri açıqladı
15 May 2026 11:16
WUF13-la bağlı 75 briqada və 35 təcili tibbi yardım avtomobili ayrılıb
15 May 2026 10:59
İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - VİDEO
15 May 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB
15 May 2026 10:28
Bakı Metropoliteni WUF13 günlərində gücləndirilmiş rejimdə işləyəcək
15 May 2026 09:20
Növbəti köç: 479 nəfər doğma yurduna döndü
14 May 2026 18:06


Bakı -°C

