adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2014 20:57
4640
HADİSƏ

Vitse-admiralın həbs olunduğu təsdiqləndi

AzərbaycanMüdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiralŞahin Sultanov həbs edilib. BubarədəAPA -ya Bakı Hərbi Məhkəməsindənbildirilib.

Məhkəmədən verilən məlumata görə, Ş. Sultanov Cinayət Məcəlləsinin313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdardatörədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də faktı təsdiqləyiblər.