adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Noyabr 2015 12:43
4319
ƏDƏBİYYAT

Visotskinin sonuncu şeiri 200 min avroya satılıb

Rusiyanın mərhumşairi  Vladimir Visotskinin sonuncu şeiri200 min avroya satılıb. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, satışParisdə Drouot hərracında baş tutub.

Qeyd edək ki,şairin həyat yoldaşı Marina Vladi ərinin şəxsi əşyalarını və çap olunmamışşeirlərini hərraca çıxarıb. Dediyinə görə, bunu pula görə eləmir. Həyatındankeçmişi silib, gələcəyə adlamaq istəyir. Bunu etməyə isə ərinin evdə qalanxatirələri imkan vermirmiş.

Rus oxucuları məktublarlaVladini bu addımdan vaz keçməyə çağırsalar da, xanım öz bildiyini edib.