Vilayət Quliyev: Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?
Adalet.az Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin yazısını təqdim edir
Srağa gün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Çox güman ki, öz əməlləridir.
Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı iri miqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır.
Sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər.
Və bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər.
Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin.
Dünya hətta qəbul etməsə də erməni vəhşiliyini gördü.
Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin.
Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?
Ayıq olun!
Bizim "Qana qan!”şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!
Digər Xəbərlər
27 Aprel 2024 13:08
Sabah 32 dərəcə İSTİ OLACAQ - PROQNOZ
27 Aprel 2024 11:41MN: Hərbçilərimiz İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel 2024 11:01Terrorçunun aqibəti: Başsız basdırılan yezidi Kərəm Sloyanın doğulma peşmançılığı
26 Aprel 2024 21:15Kəmaləddin Heydərov müşavirə keçirdi
26 Aprel 2024 18:40