adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Iyun 2017 16:27
24170
ƏDƏBİYYAT

VII Şairlər günündə Məmməd Araz yad edildi

İyunun 5-i Azərbaycanın unudulmaz şairi MikayılMüşfiqin doğum günüdür. Bu münasibətlə bu gün Beynəlxalq Muğam Mərkəzində VIIŞairlər günü qeyd edildi. Qeyd edək ki, bu günki tədbir Azərbaycan xalq şairi MəmmədArazın xatirəsinə həsr edildi.

Adalet.az xəbər verir ki, tədbirAzərbaycan Dövlət Himni ilə açıldı. Azərbaycan YazıçılarBirliyinin mətbuat katibi Xəyal Rza tədbirin aparıcısı kimi gələn qonaqlarısalamladı. Daha sonra titrlərdə Məmməd Araz göründü. "Məni qoyma təkliyə"şeirini söyləyərək qonaqları duyğulandırdı. Xəyal Rza səhnəyə AzərbaycanYazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayevi dəvət etdi. Anar müəllimMikayıl Müşfiqdən, Vaqif Səmədoğludan və Məmməd Arazdan söz açdı. Məmməd Arazınböyük şair olduğunu vurğuladı. Azərbaycan dili yaşadığı müddətdə Məmməd Araz dayaşayacaq - deyə qeyd etdi.

Millət vəkiliQənirə Paşayeva səhnəyə dəvət edildi. Millət vəkili tədbirinölkələr arasında dostluq əlaqələrinin qurulması baxımından vacibliyinə toxunub:"Şairlərin qurduğu körpülərin bünövrəsi sevgidən olur və sevgidən qurulankörpuləri heç kim dağıda bilməz". Qənirə Paşayeva xüsusi mükafata layiqgörüldü. Mükafatı türk şair Məhməd Nuri Parmaksız millət vəkilinə təqdim etdi.

Dahasonra İsa Həbibəyli, Seyran Səxavət, Qəşəm Nəcəfzadə, AYB Gəncə bölməsinin sədriXəzan Gülxanım, Nigar Həsənzadə, qiraət ustalarından Məleykə Ağaoğlu və ArzuMurad, Fəxrəddin Ziya, Faiq Balabəyli, Rusiyada yaşayan gənc Azərbaycanlı şairYaşar Süleyman şeirlər səsləndirdilər. 

Tədbirdə fasilələrləmusiqi nömrələri də səsləndi. Xanəndələr tədbirdə ifa etdilər. 

Mikayıl Müşfiqmükafatına layiq görülənlər: Qəşəm Nəcəfzadə, Xəzan Gülxanım, Nigar Həsənzadə,Fəxrəddin Ziya, Yaşar Süleyman.

Türkiyədəngələn şairlər, qonaqlar da səhnədə öz şeirlərini səsləndirdilər. Xalqşairi Məmməd Arazı sevgi və hörmətlə yad etdilər. Türk şairlərindən, Məhməd NuriParmaksız, Arzu Kabukçu, Yadigar Sarı, Bilal Dilsiz, Nərmin Akka, Ərdoğan Pamukvə digər qonaqlar duyğu dolu şeirlər səsləndirdilər. Sonda Xəya Rza tədbiriştirakçılarına təşəkkür etdi. 

Məmməd Araz titrlərdə "Dünya sənin, dünya mənim,dünya heç kimin" söylədi...