Vidadi Babanlıdan xəbər var
Tanınmış yazıçı Vidadi Babanlı yeriyə bilmir.
Adalet.az xəbər verir ki, bu barədə kulis.az-a yazıçının özü məlumat verib. Onun sözlərinə görə, hələ də dəmir tutacaqlar vasitəsi ilə hərəkət edir: "Yeriyə bilmirəm. Yayda ayağım sınmışdı. İndi də ağrıları durur”.
90 yaşlı yazıçı digər orqanlarından narazı deyil: "Babatam, pis deyiləm. Bircə problemim yeriyə bilməməyimdi”.
Vidadi Babanlı hazırda yeni bir əsərini bitirdiyini də açıqladı: "Özümlə müsahibəm” adlı əsər yazmışam. Avtobioqrafik əsərdir. Hələ çap eləmək istəmirəm. Düşünürəm ki, üzərində yenə işləyim. Qismət olsa...”