adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Mart 2019 15:35
15699
ƏDƏBİYYAT

Vida - Hekayə

MəşədiƏlməmməd kişi səhər tezdən durub qarısı Zibeydə arvadla sübh namazını qıldıqdansonra yenidən yatağa uzanmış və özləri demişkən bir-iki saatlığa huş aparmışdı.İndi yatağından qalxanda artıq saat səkkizi keçmişdi. Sırıqlısını çiyninə atıb axşamdansu ilə doldurub otağın bir küncünə qoyduğu vedrəni də götürüb həyətə çıxdı. Tövləyəbaş çəkdi. İnəyin altını təmizləyib vedrəni onun qarşısına qoydu. Axurda qalmışsaman və quru yonca qırıntılarını təzə yemlə əvəzlədi. Qış olsa da, havalarsoyuq keçsə də tövlənin soyuq olmadığındanrazı qaldı.Geriyə döndü. Evə daxilolub dəhlizdəki əlüzyuyanda yuyunub içəri keçdi. Həyat yoldaşı Zibeydə arvad daöz adəti üzrə artıq çay süfrəsini açmışdı və elə süfrə arxasında da ərini söhbətətutdu:

- Ay Məşədi,ağsaqqal kişisən. Şükür camaat arasında da hörmətin var. Səni eşidirlər. Deyirəmbəlkə Qızıllı ilə bir sən də söhbət edəsən. A kişi heç belə də iş olar? Üç gündə meyit saxlayarlar?

- Doğrusu, ayarvad, mən Qızıllının qırımından gördüm ki, deyəsən dediyindən dönən deyil. Ammamolla Mir Hadi ilə birlikdə bu gün yenə bir ağzını arayaram.

Qızıllıarvad Əlməmməd kişi gilin ata-baba qonşusu idi. Əri Qələndər kişinin üç gündürki, rəhmətə getdiyinə baxmayaraq Qızıllı arvad meyiti dəfn etməyə icazə vermir,gözləyirdi ki, aman zaman oğlu Əlqəşəm gəlib atası ilə vidalaşsın. Əlqəşəm QələndərləQızıllının tək oğlu idi. Ondan əvvəl iki uşaqları dünyaya gəlməmiş tələf olduğundanƏlqəşəminecə deyərlər əllərinin içində böyütmüş, bütün güclərini onun böyüməsinə, təhsilinəsərf etmişdilər. Əlqəşəm institutu, sonra isə Moskva şəhərində aspiranturanıbitirmişdi. Orada birlikdə oxuduğu bir qızlada evlənmiş və elə Moskvada dövlət qulluğunda,yaxşı vəzifədə çalışırdı.

MəşədiƏlməmməd kişi səhər yeməyini yeyib çay içdikdən sonra Qızıllı arvad giləyollandı. Molla Mir Hadi və bir neçə kənd ağsaqqalı artıq burada idi. Həyətdəqurulmuş çox da böyük olmayan çadırda odun sobası yanırdı. Əlməmməd kişi salamverib əyləşdi. Cavanlardan biri onun qarşısına çay gətirdi. Mir Hadi dodaqaltıdua oxuyub ucadan "Fatihə” deyə səsləndi. Hər kəs dua edib salavat çevirdikdən sonrasöhbəthərlənib-fırlanıb mərhumun üstünə gəldi. Molla:

- Ay Məşədi,- deyəƏlməmməd kişiyə müraciət etdi,- deyirəm bu gün də keçsə qorxuram sonra bir əmmasıçıxa. Meyid şişər eləyər... gəlsənə sən də bir Qızıllı ilə söhbət edəsən. Məndeyəndə deyir hava soyuqdur, heç nə olmaz.

Əlməmmədkişidən bir-iki yaş kiçik olan, iyirmi ildən artıqdır ki, təqaüddə olduğunabaxmayaraq əvvəllər uzun müddət kənd məktəbinin direktoru işlədiyindənindi dəhamının "müəllim” deyə müraciət etdiyi Əzim müəllim:

- Vallah siz bilənməsləhətdir, ancaq arvada dəfn sözünü deyən kimi daş atıb başını tutur,- deyəsöhbətə qoşuldu,- Məndən xahiş etdi Əlqəşəmə zəng elədim, zəng çatmadı. SonraQızıllı başqa bir nömrə verdi ki, bəs iş telefonudur. O nömrədən də bir qız cavabverdi ki, bəs Qaşam Qalandaroviçanetnarabote.

- Nə dedi, nədedi?- Əlməmməd kişi soruşdu.

- Dedi ki, Əlqəşəmişdə deyil, xaricdə - Fransadadır. Mən də məsələni izah edib xahiş etdim ki,onunla əlaqə yaradıb atasının rəhmətə getdiyini çatdırsın. Öz telefon nömrəmi dəverdim ki, Əlqəşəmə çatdırsin ki, mənə zəng etsin.

- Nə oldu? Zəngetdi?- Əlməmməd kişi təkrar sual etdi.

- Zəng etdi. Heçyarım saat keçməmiş zəng etdi. Qızıllı bərk-bərk tapşırmışdı ki, sadəcə atasınınvəziyyətinin ağır olduğunu deyib təcili gəlməyini tapşırım.Ölüm xəbərini ona qəfilbildirməyim ki, Allah eləməmiş uşağa bir şey olar. Ancaq telefonda mənimlədanışan qız artıq atasının ölüm xəbərini Əlqəşəmədeyibmiş. Mən eləcə bu xəbəriona təsdiq edib tez gəlməyini tapşırdım.

Ortalıqda çaypaylayan cavanın Əzim müəllimə yanaşıb:

- Qızıllı xaladeyir bir dəqiqəliyə bayıra çıxsın,- deməsi söhbəti kəsdi və Əzim müəllimqalxıb dışarı çıxdı. Ancaq çadırın böyründə etdikləri söhbət onsuz da içəridəaydınca eşidilirdi:

- Ay Əzim müəllim,keçib zəhmətdən, Allah atana rəhmət eləsin, bəlkə bir də zəng edəsən?YəniFirəngistandangəlmək belə çətindir? Deyirəm Allah eləməmiş, qulaqlara qurğuşun, bəlkə uşağınbaşına bir iş gəlib.

- Narahat olma, ayQızıllı, dünən axşam da danışdım. Özü zəng vurmuşdu...

- Narahatdır da,anası ölmüş, əli çatmır, nayrandı da..., -Qızıllı arvad doluxsundu,-nə dedianası ölmüş?

- Dedi ki, sabah,yəni bu gün səhər Bakıya çatacaq. Təyyarədən düşən kimi də birbaşa kəndə gələcək.Bakıdan da buraya nə var ki, uzağı üç saatlıq yoldur. İnşallahgələr.

Əzimmüəllim çadıra daxil olub əvvəlki yerində əyləşdi. Qızıllı arvad isə evə tərəfgetdi. İçəri daxil oldu, bardaş qurub oturduqdan sonra sual dolu nəzərlərlə onabaxan qonşu qadınlara:

- Danışdım. Axşamanası ölmüş özü zəng edibmiş. Bu gün gəlib çıxar inşallah,- deyə xəbər verdikdənsonra bərk-bərk tapşıraraq əlavə etdi:

- Bura baxın, uşaqgələndə hərəniz bir tərəfdən haray-həşir salıb qanbağır etməyin onu. Qoyağlayıb toxtasın, vidalaşsın.

Günortadanazca keçmişdi. Bu müddət ərzində molla Mir Hadidən savayı məclisdə olanların hərəsibir saatlığa, saatyarımlığa "bir evə dəyim, gəlirəm” deyərək gedib qayıtmışdı.Bir neçə nəfər ağsaqqal və nisbətən yaşlılarçadırda, cavanlar isə çöldə söhbət edirdilər. Bu vaxt cavanlardan biri içəridaxil olub Əlqəşəmin gəldiyini xəbər verdi. Hamı qalxıb çadırdan çölə çıxdı. MirHadi cavanlara son tapşırığını verdi:

- Elə ki, bir aztoxtadı, mən işarə edən kimi irəli keçib tabutu qaldırarsınız. Qalanını mən deyəcəyəm.Tabutu üç dəfə qaldırıb yenidən yerə qoyub sonra çıxaracağıq.Quranını oxumuşam.Namazını da dəfn edəndə qılacağıq.

Qararəngli xarici maşın doqqazın ağzında dayanınca Əlqəşəm maşından enibhəyətədaxil oldu.Digərlərindən bir az irəli çıxmış molla Mir Hadi və Əlmmmədkişi ilə salamlaşıbeləonların müşayiəti ilə evə daxil oldu. Qızıllı arvad təkcə "Sən gələn yollaraanan qurban, bala, gəl, evimiz yıxılıb” deyə bildi. Hönkürtüsünü, demək istədiyiağı və oxşamanı uddu – həm oğlunu çox həyəcanlandırmaq istəmədi, həm də MirHadi ilə Əlməmməd kişidən həya etdi. Yaxınlaşıb Əlqəşəmin sinəsinə sığındı vəiçin-için ağlamağa başladı. Əlqəşəm əlini anasının çiyninə qoyaraq susubbaxırdı. Bir müddət beləcə baxdıqdan sonra:

- Otetsumer da(atam ölüb hə)?Nuçtopodelayeş (nə etmək olar ki),- anasını özündən yüngülcə kənarlaşdırıb,-uspokoysya, mama (sakit ol, ana), Allaxrexmetelesin - deyərək yaxınlaşıb qapınınağzında dayanmış mollanın yanında durdu. Molla Mir Hadi öz-özünə, dodaqaltı:

- Elə bundan ötrüüç gündür gözləyirdilər?,- deyə deyinərək üzünü cavanlara tutdu:

- Hə keçin görək,keçin yapışın. A bala, sən keç qabağa. Sən isə arxadan yapış. Siz ikiniz bu tərəfəkeçin.

Cavanlar mollanındediyi kimi etdilər.

Birininçaşqınlıqla,digərinin təəccüblə, bir başqasının maraqla ona baxdığını görənƏlqəşəmhiss etdiki, nə isə deməli, nə isə eləməlidir.Və birdən:

- İndi isə üç... –deyə tabutu üç dəfə qaldırıb yerə qoymağa göstəriş vermək istəyən mollanınsözünü kəsib dilləndi:

- Ras, dva, tri,vzyali (bir, iki, üç, götürün).

Bakı,fevral - 2018