adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyul 2019 16:43
22652
ƏDƏBİYYAT

Veterana medallar təqdim olundu

Elə tədbir və təqdimatlarolur ki, uzun müddət həm yaddaşımızda qalır, həm də tez-tez xatırlanır. Bu günlərdəAzərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin təşkiletdiyi yaddaqalan bir təqdimetmə mərasiminin iştirakçısı oldum və xoş anlaryaşadım. Yeri gəlmişkən deyim ki, bu ictimai təşkilatın rəhbərliyi gənclərarasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində əməli işləraparır. Bu işlərdən biri də Qarabağ müharibəsinin od-alovundan keçmişiştirakçılara təşkilatın təsis etdiyi "Müharibə veteranı" və"Milli Ordu-100" medallarının təqdim olunmasıdır.

Bu günlərdə AzərbaycanVətən Müharibəsi Veteranlar İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədriAzad Musayev və Zakif Abbasov Qarabağ müharibəsinin veteranı Vüqar Xankişiyevə medallartəqdim etdilər. Mərasimdən əvvəl Azad Musayev bizimlə söhbətində dedi ki, getdikcəcəmiyyətimizdə veteranların hörmət və nüfuzu artır. Xalqımız torpaq uğrundavuruşan bu insanlara hörmətlə yanaşır. Dövləttərəfindən də Qarabağ müharibəsinin iştirakçılarına daim qayğı göstərilir. Builin aprel ayından ölkə başçısının veteranlara 80 manat civarında Prezident təqaüdününtəsis edilməsi haqqında imzaladığı sərəncam dediklərimizə əyani sübutdur. AzərbaycanVətən Müharibəsi İctimai Birliyinin rəhbərliyi də veteranlara göstərilən qayğıvə diqqəti daha da artırmaq üçün "Müharibə veteranı" və "Milli Ordu-100"medalları təsis edib. Bu medalların müharibə veteranlarına təqdim olunması üçüntəşkilatın rayon və şəhər şöbələri də səmərəli işlər görür. İndiyə qədər yüzlərləmüharibə veteranına medallar təqdim olunub. Və bu iş böyük dinamika ilə davametdirilir. Bu gün isə medalları Qarabağ müharibəsi veteranı Xankişiyev Vüqarİbrahim oğluna təqdim edəcəyik. Bu medallar onların igidliyinə verilən qiymətdir.Əminlik hissi ilə deyirəm ki, hünərləri ilə bundan artığına da layiqdirlər.

Qısa tanışlıqdan sonraAzərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədriAzad Musayev və şöbənin sədr müavini Zakif Abbasov medalları müharibə veteranıVüqar Xankişiyevə təqdim etdilər.

Vüqar Xankişiyevləsöhbət zamanı öyrəndim ki, o, 1993-cü ildən 2005-ci ilə qədər Daxili Qoşunlarınsıralarında xidmət edib. Onun döyüş yolu Füzulidən, Ağdamdan və başqa bölgələrdənkeçib. O ağır, o çətin günlərdə Vüqar bir hərbçi kimi üzərinə düşən döyüştapşırıqlarının öhdəsindən bacarıqla gəlib.

– Zəngilan rayonununBabaylı kəndində dünyaya göz açmışam, – deyə müharibə veteranı Vüqar Xankişiyevbizimlə söhbətə başladı. – 1993-cü ildən bəri dədə-baba yurdumuzun erməniişğalçılarının tapdağı altında qalması müharibə veteranı kimi məni çox narahatedir. Neçə illərdir ki, doğma ocaqlarımızın həsrətini çəkirik. Kəndimizəqayıdacağımız günü intizarla gözləyirik. Müharibələr insanlara ağır, sağalmazyaralar vurur. İnsan üçün ən ağrılı zərbə elə bilirəm ki, doğma yurdundan didərgindüşməsidir. Bu gün ordumuz əvvəlki illərdəki ordu deyil. İndi Silahlı Qüvvələrimizçox güclüdür. İşğal olunmuş torpaqlarımızı azad etmək qüdrətindədir. Mən də birmüharibə veteranı kimi torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazıram.

Müharibə veteranıVüqar Xankişiyevin üzündən sevinc qarışıq bir qürur yağırdı. İnsan belədir, onaqayğı və diqqət göstəriləndə, layiq olduğu qiyməti alanda, yalnız xoş hisslərkeçirir.

Vahid MƏHƏRRƏMOV