adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Avqust 2019 16:09
20920
ƏDƏBİYYAT

VƏTƏNDAŞ İŞİ

..Deyirlərbir dəfə qədim Yunan filosofu Diogenigünün günorta çağı əlində fanar nəsə axtardığını görənlərin təəccüblə:”Bu nədir?..”sualınafilosof belə cavab verir:

-Adamaxtarıram....

Elə zəmanəmizinəsas problemi də həmin o "adam” deyilmi?..İnsana xoşbəxt hiss yaşadan nəsnələrdənbiri də getdiyi yerdə,görüşdüyü və ya rastlaşdığı adamların simasından yayılanadi bir təbəssüm işığı,ətrafına yansıtdığı qayğı,diqqətdir.Deyirlər hər kəsin çölü güzgü kimi içini əks edir .İndi hazırkiyaşadığımız zamanda insanlar nədənsə bəzən ətrafına daha çoxaqressiya,laqeydlik,etinasızlıq saçır.İddialar,təkəbbürlər səmimiyyətin yeriniasanlıqla tutur...Yüksək hesab etdiyimiz bir çox keyfiyyətlər az qala eləyaddaşlarda yaşayır,xatirələrə çevrilir..İnsan olaraq bir-birimizdən umacağımızda çox vaxt bircə təbəssüm,vaxtında deyilmiş şirin söz,mümkün qayğıdan ibarətolur.Bu sizcə çətindirmi?..Əlbəttə yox.O ki,ola getdiyimiz idarə və təşkilatlarda,hərhansı məsələ üçün döydüyümüz qapılarda qarşılaşdığımız insnanlar...Bu həm də vəzifəməsələsinə,məsuliyyətinə çevrilir bu zaman...

Sənədlərimibir yerə toplayıb mənə nişan verilən dövlət idarəsinə çatdırmaq üçün evdənçıxdım.Ünvanı da dəqiq bildirməmişdilər,axtarıbtapmalı idim.Eləcə filankəsin heykəli olan tərəfdədi demişdilər...Bir "taksi”yəəyləşib idarənin adını verdim,üstəlik təxmin edilən yeri də əlavə etdim ..Axırki,gətirib ünvana çatdırdı məni,gediş haqqını ödəyib elə be.-on addımlıqda olanidarənin qapısına yaxınlaşdım,həm çöldə ,həm də içəridə xeyli gözləyənlərvardı..Bunlar qeydiyyatdan keçib növbədə olanlar idi.İçəridə yeddi-səkkiz masaqoyulmuş,arxasında gənc oğlan və qızlar əyləşib və hər kəs işinin başında!..Eləbirinci masanın arxasında gördüyüm gəncə yaxınlaşdım,vətəndaşa nəsə izah edirdeyə bir qədər gözləyib sonra gəlişimin məqsədini açıqladım.İnsafən mədəniqarşıladı,dinlədi və sonra kampyüterdən "dörd barmaq”boyda bir kağız çıxarıb mənəuzatdı və :

-Manitoru izləyin,sıra nömrəniz çıxanda keçərsiz,-dedi.

Kağıza baxdım,63-cü idim,manitor isə hələ onluğa qədərkisıranı göstərirdi...Ətrafda olaninsanları da müşahidəm mənim işimin bunlardan fərqli olduğunu anlatdıdeyə bir az da gözləyib təzədən masaya yaxınlaşdım və hansı məqsədlə gəldiyimi,bu vaxtacan harda işlədiyimi deyəndə o ,tez ikinci bir kağız çıxarıb verdi ki,burdaartıq 8-ci idim...Altı nömrəli vətəndaş dəvət ediləndə bir xanım keçib masanın o üzündəki xanımla qarşıqarşıya əyləşdi... Bir az keçmiş manitorda 9 rəqəmi görəndə nəsə anlaşılmazlıqolduğunu düşünüb bir də həmin gəncə müraciət elədim və artıq bu dəfə oğlan "hövsələ gətirmədi”,üzümə istehza iləbaxaraq:

-Xanım,sizcə altı çoxdur ya səkkiz,bax bu xanımaltıncıdır,sonra yeddi,sonra isə səkkiz gələcək!”deyəndə isə artıq həddiniaşdığını görüb ona dövlət qulluğunda iş başında olduğunu,vəzifəsindən irəli gələnetik davranış qaydaları və bunun həm də mötəbər "Dövlət Qulluqçularının EtikDavranış Qaydaları haqqında”bir qanunla təsbit olunduğunu xatırlatmalı oldum!..Vəvətəndaşlarla işin məsuluyyətini,maxsimum səbirli və mədəniyyətli olmalı olduğuilə yanaşı,özümlə bağlı da kiçik arayış verməyə məcbur qaldım...Əlbəttə,gəncartıq düz davranmadığını anlamağa məcbur idi,amma yanında əyləşən xanım yaranangərginliyi görüb işə qarışmasaydı yəqin ki,müdiriyyət izləmə kameraları vasitəsiləməsələdən hali olacaqdı!Bu da gəncin xeyrinə olmazdı ..Xanım yerində olan adamidi və ortada yaranan gərgin vəziyyəti görübs gənci tez uzaqlaşdırdı və onunyerinə dönə-dönə üzr istəyərək əlavə sorğumu da cavablandırdı...

..Müraciətetdiyi məsələnin müsbət və mənfi həll olunmasından asılı olmayaraq vətəndaş üztutduğu qurumdan müsbət fikirlə ayrılmalıdır...Bu özümün uzun iş təcrubəmdən gəıdiyimqəti rəyimdir!Bəzən insan ora son ümid yeri kimi yaxınlaşır,işçiləri də özdoğması,yaxını kimi təsəvvür edir.Ona görə bəlkə heç kimə heç vaxt açmadığısirrini belə etibar edə bilər !..Aldığı cavabın təsir qüvvəsi onu verən şəxsinyaratdığı mühitdən çox asılı olur...Anam deyərdi ki,dərdi olmayan insanyoxdu!..Amma tutduğumuz vəzifə bizdən başqalarının qayğısına qalmağı,onların həllinəyardımçı olmağı,bunu edə bilməyəndə isə ən azı mehribanlıq və qayğıkeşlik göstərməyitələb edir...Bu baxımdan teatr səhnəsinə yüksək hərarətlə çıxan,evdə xəstə əziziniqoyaraq tamaşada öz obrazını sevərək yüksək sənətkarlıqla ifa edənaktyorlarımıza min dəfə əhsən!..

...Cəmiqırx dəqiqəyədək vaxtımı alan bu təşkilatdan iki qəhrəman obraziyla geri dönürəm,birimüsbət,digəri mənfi...düşünürəm,gənc oğlan həyatın arındırıcı dərslərindən nəvaxtsa üzüağ çıxmağı bacaracaq,əlbəttə əgər düşdüyü qazanda bişsə!...

Yenə də vaxta uduzur,

Çəkdiyim ahlar.

Başımı qarışdırır

Soyuq sabahlar.

Geri əliboş dönür

Gedən qonaqlar.

Alma verib aldadır

Bizi nağıllar.

Soyuq silah kimidi

Ay da bu gecə.

Təpilir qulağıma

Acı qəh-qəhə..

Yenə də ağrı çəkir

Dodaq qədəhə.

Gözlərim göz yaşımı

Süzür şərəfə.

Qırmızı yalan düşür

Cüt şəklimizə.

Gedək nağıl danışaq

Ümidimizə...