adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Yanvar 2018 17:48
18592
ELM VƏ TƏHSİL

VƏTƏN HƏSRƏTİLƏ ÇIRPINAN MƏKTƏB - 60

İnsanın tələbatındanyaranan maddi və mənəvi mədəniyyət onunhəyatının mühüm kompanentlərindən hesab olunur. Maddi praktik mədəniyyət,maddi istehsalatın məhsulu olaraq, insanın bioloji və fiziki halı baxımından yaranaraqonu hər an izləsə də mənəvi mədəniyyət heç də az əhəmiyyət kəsb etməyərək fərqlişəkildə təmənnasız mənimsənilir və bizi daima müşayiət edir. Mənəvi mədəniyyətictimai şuurun forma və təzahürüdur. Mənəvi güc, mənəvi ruh almaqla yanaşı burada insan həm də qabiliyyət və bacarığınısübuta yetirə bilir. Əxlaqi, estetik, elmi, mədəni məişət, siyasi mədəniyyətiyüksək olan insanlar cəmiyyət arasındaboyük hörmət sahibi olurlar.

Mənəviyyatı yüksəkolan gəncliyə millətin, həm də dövlətin hər zaman eytiyacı var. Gənclik millətininkişafının təməl daşıdır. Müasir Azərbaycanımızın tərəqqisi - elmi iqtisadi, mədəniyüksəlişi naminə gənclərimizin güclü təfəkkür və təxəyyülə, dərin biliyə, genişdünya görüşünə sahibliyi, bacarıq və qabiliyyətinin hər sahədə üzə çıxması ənvacib amillərdəndir. Burada orta təhsil ocaqları ilə yanaşı mədəniyyət müəssisələrininbirbaşa güclü təsirə malik olması danılmazdır.

Əsrarəngiz təbiətiilə hamını heyran qoyan Qarabağ diyarının gözəl məkanlarından biri olan, zənginmaddi mədəni irsə, dərin tarixi kökə sahib "Qarabulaq","Malaqan", "Qaryagin" mahalı - Füzuli yurdu Azərbaycanxalqına elm adamları, məşhur şəxsiyyətlərləyanaşı tanınmış mədəniyyət və incəsənət xadimləri bəxş etmişdir. Onlar da oznövbəsində dəyərli tövhələrilə milli xəzinəmizi daha da zənginləşdirmişlər.Füzuli mahalı Bahadur Eyvazov (tibb elmləridoktoru, professor), Tofiq Nəcəfli (tarix elmləri üzrə fəlsəfə doktoru), İlyasƏfəndiyev (yazıçı, dramaturq), Cəmil Əlibəyov (yazıçı, jurnalist), Qurban Namazəliyev(alim, keçmiş nazir müavini), Şamama Həsənova (sosialist əməyi qəhrəmanı),Bahar Muradova (Milli Məclis sədrinin muavini), Vaqif Bəhmənli (yazıçı,publisist) Seyran Səxavət (yazıçı, şair), Çingiz Əlioğlu (yazıçı), Milli qəhrəmanElxan Zülfüqarov kimi cəsur oğulların doğma eli, korifey sənətkar SeyidŞuşinskinin, Ağabala Abdullayev, İslam Rzayev, Süleyman Abdullayev kimi məşhurxanəndələrin, bəstəkar Məmməd Cavadovun, Bəhram Nəsibov, Razim Paşayev, ZöhrabAbdullayevin, tanınmış müğənnilərdən Nizami Abdullayev, Manaf Ağayev, NadirBayramlı, Eldəniz Məmmədov, Səyyad Əlizadənin ana vətənidir. Füzuli rayonuQubadlı, Zəngilan, Cəbrayıl və Beyləqan rayonlarının tam ortasında yerləşərəkdaima bölgədə elm, mədəniyyət mərkəzi kimi öz statusunu qoruyubsaxlamışdır.

60 il bundan əvvəl1957-ci ildə Füzuli şəhərində ilk musiqi məktəbi açıldı. Sonralar məhz bu məktəbəkorifey sənətkar Seyid Şuşinskinin adı verildi. İlk yaranışdan bir neçə müəllimvə çox az sayda fəaliyyətə başlayan bu sənət ocağı nəinki Füzuli əhalisi, həm dəətraf rayonlarda yaşayanlar üçün geniş imkanlar açdı. Məktəb zaman keçdikcəböyüdü, genişləndi, tədris imkanlarını artıraraq səmərəli, daha keyfiyyətlimusiqi təhsili məkanına cevrildi. Əsasən yeni binaya köçürülmə və burada lazımolan avadanlıqlarla təchizat, sinif otaqlarının geniş, həm də rahat olması səmərəlivə keyfiyyətli tədris prosesinin yaranmasına tam cavab verirdi. Xüsusilə də1980-1990-cı illər məktəb tarixçəsində çiçəklən dövr olaraq yaddaşlardaqalmışdır. Bu dövrdə artıq 300-400 nəfər şagird təhsil alırdı, məktəbin 35-40 sinif otağı, zəngn kitabxanasıvə konsert zalı var idi. Savadlı, işgüzar pedaqoji kollektivin əməyi öz bəhrəsiniverirdi. Şagirdlərin müsabiqələrdə yüksək pillələrdə qərarlaşması, festival vəmötəbər tədbirlərdə uğurlu çıxışları hər zaman diqqətdən yayınmırdı. Onlar məmnuniyyətlətelevizor, radio efirlərində çıxışlara dəvət olunurdu.

MÜSBƏT TƏSİRMEXANİZMİNİN İNOVATİV TƏDRİS METODLARI

1992-ci ildə məlum Qarabağ müharibəsilə əlaqədar SeyidŞuşinski adına Füzuli şəhər 1 nömrəli incəsənət məktəbi öz isti ocağından didərgin düşərək bir müddətpərakəndə fəaliyyət göstərdi. 1996-cı ildə isə məktəb paytaxt Bakı şəhərindəyerləşdirildi və hal-hazırda Bakı şəhəri, Mərdanov qardaşları-99 ünvanında fəaliyyətini davam etdirir. Məktəbindirektoru Elsevər Hüseynov, tədris hissə müdiri Elçin İbrahimovdur. Bəzi çətinliklərinolmasına baxmayaraq bu qocaman incəsənət ocağında başda rəhbərlik olmaqla möhkəmiradəyə malik olan pedaqoji kollektiv şagirdlərin dərin, səmərəli və keyfiyyətlimusiqi savadı alması üçün əllərindən gələni əsirgəmir. 25 ildir köçkünlük həyatıyaşasa da incənət məktəbi xoş gələcək naminə öz işini tam gücü ilə davametdirir.

Qürurla deməkolar ki, Seyid Şuşinski adına incəsənət məktəbi yarım əsrdən çoxdur ki, fəaliyyətgöstərir. Bu dövr ərzində məktəb yüksək naliyyətlər, uğurlar əldə edərək böyüknüfuz qazanmışdır.

Bu gün isə məktəbyenə uğurlarını davam etdirir. Belə ki,onun şagirdləri Respublika daxili müsabiqələrdə yüksək naliyyətlər əldə edərək mötəbər festival və tədbirlərə dəvətləralırlar. Nəticədə uğurlar artır. Məsələn,balaca rəssamlar və rəqqaslar üçün ötən illər daha uğurlu olmuşdu.2015-ci ildə Respublika müsabiqəsində rəqqaslarımız "Qran pri"qazanaraq 1-ci yer tutmuş, 2016-ci ildə isə balaca rəssamlarımız Respublikamüsabiqəsində 2-ci yeri əldə etmişlər.

Məktəbindirektoru Elsevər Hüseynov söylədi:

-Bəzi prioritetməsələlər mövcuddur. Onların çoxunu öz gücümüzlə, imkanlarımız xaricində olanlarıisə Regional Mədəniyyət və Turizm idarəsininrəhbəri Elman Məmmədovun şəxsən birbaşa köməkliyilə aradan qaldırmağaçalışacağıq. İlk zamanlarda məktəbdaxili bəzi tənzimləmələr qaçılmaz oldu. Bizim uçün vacib olan məsələlər deməkolar ki, öz həllini tapmaqdadır...

Dəvət alacağımızmüsabiqələrdə fərqlənməyə çalışacağıq. Müsbət təsir mexanizmlərinin köməyi iləinnovativ tədris metodlarını önə çəkərək məktəbimizin nüfuzunu daha daartırmağa nail olmağımıza inanıram. Çünki məktəbimızdə iradəsinə, dərin bilik vəbacarığına güvənən, fərqli və uzun müddətli pedaqoji faliyyətlərilə diqqəti cəlbedən müəllim kollektivi formalaşmışdır. 30-50 il boyu dərs verən, özünü təsdiqetmiş təcrübəli müəllimlərimizlə yanaşı, istedadlı və perspektivli gənclərimizöz işinin öhtəsındən lazımınca gəlirlər. Onu da mütləq qeyd edim ki,hal-hazırda Füzuli rayonunda digər incənət məktəb rəhbərləri və müəllimlərınçoxu Seyid Şuşinski adına 1 nömrəli uşaq incənət məktəbinin məzunlarıdır.

Müəllifdən: Müəllimlikşərəfli bir peşədir. Böyük rəğbətə, hörmətə, ehtirama layiqdir Müəllimlər. Gəncnəslin aydın, işıqlı zəkası yolunda böyük əməyi vardır bu insanların. Cəmiyyətarasında müəllim əməyi qiymətləndirilməli, uca tutulmalı və onlara dərin hörmət,məhəbbət bəslənməliddir...


ƏNVƏR FİRATOĞLU