“Vaxtı keçmiş kreditimi bağlayıb, sərbəst buraxılmışam”
"Kreditin qalan hissəsini qrafikə uyğun ödəyəcəm”
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan "Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) bu gün sərbəst buraxılıb.
Bu barədə iş adamı özü bildirib.
"Bildiyiniz kimi, mənim Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditin vaxtı 2019-cu ildə başa çatır. Vaxtı keçmiş kreditimi bağladım, qalan hissəsini isə qrafikə uyğun ödəyəcəm”, - deyə o qeyd edib.
Konsernin prezidenti qeyd edib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bir müddət öncə ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsi ilə bağlı suala isə iş adamı bu cür cavab verib: "Hər şey normaldır, qaydasındadır”.
O qeyd edib ki, "Avesta” konserninin ləğv olunması və ya satılması ilə bağlı yayılan xəbərlər də yalandır.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27