adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Fevral 2018 10:02
14075
DÜNYA

VARLININ YASI VƏ KASIBIN YASI

Bir varlı öləndə millət tökülüb gedir. Nəinkimağarda oturmağa yer, heç çöldə ayaq üstə durmağa da yer tapılmır. Bir kasıbölür, Vaqif Cəbrayılzadənin təbirincə desək,dünyanın soyuğu kasıbın canına hopan kimi, yası da soyuq keçir.

Fransada terror oldu,az qala dünyanın bütün dövlətlərinin liderləri tökülüşüb getdilər yasa,hərəsinin əlində də iki dəsmal. Sonra daqol-qola girib Parisin küçələrində bir yürüş də yapdılar.

Türkiyədə terrorolur Azərbaycandan başqa Allahın bir başsağlığını verən də olmur. Avropadan olsa-olsa bir-iki ölkəbaşsağlığı versə də, o başsağlığı da dövlətvə ya hökumət rəhbərinin mətbuat xidməti səviyyəsində olur.

Deməli belə. Sofiyada Avropa Birliyinin toplantısında Hollandiyanın xarici işlər naziri təxminənbelə deyib ki, Türkiyə terrorizmlə mübarizəni dayandırsın, onları AvropaBirliyinə almağı müzakirə edək.

Sən niyə bu günəqaldın, Türkiyə? Allahın Hollandiyası da sənə şıllaq atır.

Nömrəmizdə «Sözçü»qəzetinin köşə yazarı Rəhmi Turanın bu məsələ ilə bağlı fikirlərini də oxucularımıza çatdırmağı borc bildik.