adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Iyul 2020 12:07
49299
ƏDƏBİYYAT

Varis: “Pandemiya kitab satışını minimuma endirəcək”

Pandemiya digərsahələr kimi kitab bazarına, bu sahədən gəlir əldə edən şəxslərə də təsir edib.Hətta bir çox kitab mağazaları bir müddət bağlı qaldı. Varis Azərbaycandakitablarından ən çox qazanan yazıçılar sırasındadır. Müəllif adalet.az-aaçıqlamasında bildirib ki, pandemiya ona da ciddi təsir edib. Bir sıra əsər vəkitablarının nəşri bu səbəbdən təxirə salınıb.

"Mənim kitablarım ölkəmizdə də, ölkə hüdudlarından kənarda da nəşriyyatlarhesabına çıxır, yəni ki, yazıb nəşriyyatlara təhvil verirəm, zəhmət haqqımıalıram, harda, necə satılması daha məni qayğılandırmır. Odur ki, kitabmağazalarının bağlanmasının, bilavasitə mənə təsir etməməsi təəssüratı yaranır.Amma əslində, təsir edir, özü də ciddi. Azərbaycanda "Qırmızı ləçəklər”romanımın təkrar nəşri, Özbəkistanda "Sənə inanıram”, Rusiyada "Qızıl cibsaatı” romanlarımın nəşri pandemiya ilə əlaqədar təxirə salındı, təbii ki, bu,ciddi maliyyə itkisi demək oldu mənimçün. Pandemiya bütün sahələrlə yanaşı,kitab bazarını da iflic vəziyyətinə salıb, maddi və mənəvi zərərlər çoxböyükdür.”

Yazıçı hesab edir ki, dünyada yaşanan iqtisadi problemlər kitabdan dayan keçməyəcək. Insanlar sürətlə maddiyatlarını itirdikdən sonra kitablamüqayisədə ərzaq və digər qayğılarına pul xərcləməyi üstün tutacaqlar. Bu dakitab satışını minimuma endirəcək.

"Üstəlik, dünyanın üzləşdiyi iqtisadi böhran, insanların sürətləmaddiyatlarını itirmələri postpandemiya dövründə də kəskin surətdə özünü göstərəcək,kitab tirajlarının sürətlə düşəcəyi, kitab satışı həcminin ən aşağı minimumda qərarlaşacağıproqnozlaşdırılır. İnsanlar təbii ki, kitab, yaxud zəruri ərzaq seçimi edəndəikincini seçəcəklər. Amma hazırda ölkəmizdə sərt karantin rejimimdə yumşalmalaredilən bir zamanda kitab mağazalarının hələ də bağlı qalması da təəssüfdoğurur. Əvvəla, insanları elmdən, savaddan, zövqdən, mənəvi qidadan uzaqsalmaq düzgün deyil. Hətta onu da nəzərə almırlar ki, kitab mağazalarında onsuzda qələbəliyə rast gəlinməz, zallarda təkəm-seyrək kitabaevərlər olar, ordainsanların elə bir yoluxma və yoluxdurma təhlükəsi də yoxdur. Mən Azərbaycandakitaba münasibətin müsbət səmtə dəyişməsini bilirsiniz, necə arzulayıram?”

Emin Piri