""Vaqner"lər Baxmutda rus əsgərlərinə işgəncə verirlər" - Rus polkovnik
Rus polkovnik-leytenant Roman Venevit Baxmutda rusiyalı əsgərlərin "Vaqner" tərəfindən işgəncələrə məruz qaldıqlarını bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.
Belə ki, Venevitin rus muzdlu şirkəti “Vaqner”i cəbhə xəttində anarxiya yaratmaqda ittiham edib:
""Vaqner"lə briqadam arasında gərginlik Baxmuta köçürüldüklərimizin ilk günlərindən başlayıb. Hörmətsiz davranışları və amansız ölüm təhdidləri ilə uğursuzluğa düçar olmadırlar. "Vaqner"in cəbhədəki anarxizmi prezidentimizi (Rusiya lideri Vladimir Putin - red.) gücləndirməkdənsə, zəiflətməyə çalışan siyasi elitalar arasında oyunun nəticəsidir", - ifadə edib.
Polkovnik iddia edir ki, "Vaqner" döyüşçüləri rus əsgərlərini qaçırıb onlara işgəncə veriblər. O, oğurlanan əsgərlərin Rusiya Müdafiə Nazirliyindən silah almaq üçün şantaj edildiyini də vurğulayıb.
Digər tərəfdən "Vaqner"in təsisçisi Yevgeni Priqojin ittihamları rədd edərək, onları “tamamilə cəfəngiyyat” adlandırıb.
Digər Xəbərlər
27 Dekabr 2025 15:32
"Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir" - Zelenski
27 Dekabr 2025 15:23
Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI
27 Dekabr 2025 15:06
“Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir...”
27 Dekabr 2025 14:00


Bakı -°C

