adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 15:47
59
DÜNYA
A- A+

Məkkədə fövqəladə vəziyyət xəbərdarlığı elan edilib  

Səudiyyə Ərəbistanı Yəmən husilərinin hücumlarına məruz qalan Məkkə, Ciddə və Taif də daxil olmaqla bəzi ərazilərində fövqəladə vəziyyət xəbərdarlığı edib. 

Adalet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb. 

Bəyanatda sakinlərə həyatlarını və əmlaklarını qorumaq üçün Mülki Müdafiə qruplarının təlimatlarına əməl etməyə, toplaşma yerlərindən uzaq durmağa və foto və video çəkməkdən çəkinməyə çağırılıb.

Bildirək ki, Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları Səudiyyə Ərəbistanını paytaxt Sənaya dron hücumları həyata keçirməkdə günahlandırıb və qisas almaqla hədələyib.