adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Iyun 2020 18:10
51606
ƏDƏBİYYAT

Vaqif Tanrıverdiyev: QARABAĞDA BİR TOY ÇALINDI…

Biri var idi, biriyox idi, dünyanın rahat vaxtlarında, onda hələ Ağdammızda axar-baxarlı günlər yaşayırdıq, onda hələ bufaciələr başımıza gəlməmişdi, Qarabağdabir toy çalındı,Ağdamın hörmətli ağsaqqallarından olan Yarəli kişi oğluCümşüdə məclisi quruşdu.O toya Gəncədənqohumun Əsəd də dəvətolunmuşdu. Gəncəli Əsədlə ağdamlı Cümşüdün tanışlıhəbsxanada başlamışdı. Oxşartaleləri vardı, hər ikisi ali təhsilalmışdı, hər ikisi məsul vəzifədəçalışırdı və tanıyanlar, bilənləronların parlaq gələcəyindən əmin idilər. 

Lakin bir təsadüf, hərikisinin həyatının axarınıdəyişib, hər ikisinin taleyinə "təqsirləndirilən” damğasıvurulub. Həbsxana həyatları Bakıda "şestoy” kalonda eynivaxta düşüb. O çətin günlərdə çörək kəsib dostlaşmış, lotu uşaqların dili ilə desək "xlebnik” olublar.Biz də toya Əsədin dəvətlisi kimi getmişdik, inandırmışdı ki, mənim dəvətimsizin iştirakınız üçün kifayətdir,elə bilin özü çağırıb. Gözəl bir məclisi idi, əsl Qarabağlı məclisi. Bu şahanə məclisdə bizi çox hörmətlə qarşıladılar, Gəncədən gələn əziz qonaqlar kimi məclisinmötəbər yerində oturtdular.Fikrimi ona görə beləifadə edirəm ki, əslində məclis Ağdamın,Qarabağın sərhədləri hüdudunda olsa da,bütün Azərbaycan təmsil olunurdu.Məclisi 3 müğənnidəstəsi idarə edirdi. Qədir o dəqiqə diqqətimizi cəlb elədi, öztarzəni ilə başda əyləşmişdi, hər ikitərəfində də ayrıca müğənni qrupuvardı. Yoldaşlarımızdanbiri heçgörməmiş kimi heyrətlə "Qədirdi” dedi, elə həyəcanlasöylədi ki, bu "görməmişlik” qonşu masadaoturmuş ağdamlı oğlanı təcübləndirdi,Qədir dəonların Qədiri, hər gün gördükləri Qədir. Çox məclislərdə bir yerdə olur, ifasından ləzzət alırlar... Qədir başda əyləşmişdi. Digərmüğınnilər hər oxumağa başlayanda ondanxeyir-dua alırdılar, sanki ustad, "hüzurunda” oxuduğumuz üçün bağışla, deyirdilər. Qonaqlar da öz işlərindəidilər, işlərində deyəndə ki, zənginsüfrədən ləzzətlə təam edir, başqamüğınnilərə o qədər də fikir vermir, təkcəQədir oxuyanda söhbəti, yeyib-içməyiyarıda kəsir, mahnınınahəngi ilə yaşayırdılar. Aydın,ulduzl bir səma, ahəstə məclis, dərya kimidalğalana mağar...yadıma Gəncə toylarını saldı. "Gecənin Ayına bax,ulduzun sayına bax… Könlün şənlik istəsəGəncənin toyuna bax…” Ay həminAy idi, ulduzlar saysız-hesabsız, Ürək şənlik edirdi. Nə qədər bənzəsə də bu Ağdamtoyu idi. Qarabağsəmasını Ay bəyaz nuraboyamışdı, aydın səmadaulduz da saysız hesabsız... Buoxşarlıq hələ universitet illərində, fəlsəfə müəllimimiz, rəhmətlikQənbər müəllimin sözlərini yadıma saldı. Deyərdi ki, Gəncə ilə Ağdam bazarları Amerikanın Texas Ştatınınbazarlarından daha zəngindir. Top-tüfəngdəntutmuş, iynə-sapa qədər nə istəsən bubazarlarda tapa bilərsən... Məclisinşirin yerində söz-söhbət fırlanıbbizə də çatdı, sağlıqdemək, qonaq xeyir-duası verməklazım idi. Əhvalları göylə əlləşənuşaqlar məni qabağa verdilər,bu "sənlikdir” dedilər. Əslində sözünnə demək olduğunu az da olsabilirəm, amma Qədirlə üzbəüz, onun"hüzurunda”, yeni qurulan ailəyəürək sözü söyləməli, gəncəli qonaq kimi xeyir-dua verməliidim. Məclisinahəngi, ilahi ifalar və ürəklədeyilən sağlıqlar məni də öz aləminə almışdı. Bir azdumanlı, bir az məst, biraz sanki yarıyuxlu dediyimsağlığın detallarını tam xatırlamıram,çünki yaddaş yaşatmaqhalında deyildim. Amma sonmüraciət bu günkü kimiyadımdadı. Məclisə üz tutub (bu da vəziyyətiminverdiyi "cəsarəti” idi) dedim ki, Qədirin bütün oxumaları ilahi duyumunvə ilahi ifanınəks-sədasıdır. Amma Qədir Rüstəmovun ifaları içində mənim ən çoxsevdiyim bir mahnı var.İstəyim, xahişim odur ki,bu böyük sənətkar da ənçox sevdiyi mahnısını ( əslində bu ərkim, əhvalımdanirəli gəlirdi, bağışlamaqolar) oxusun, sevdiyimmahnıya sevgimin həddi-hüdudunubilim. ( bu da o andakı halımdan doğan ərkidi.) Mahnıqanadlandı, "Gözəlim sənsən, gözümün nuru...” O an,o dumanlı başım, döyüntüləri iləsanki sinəmi yarıbçıxacaq ürəyimdən keçən hissləri ifadə etməkdə acizəm... "Qəlbimin tacı, Dərdim əlacı..” Qədirsanki ürəyimi oxuyurdu, Qədir sanki mənim sevdiyim mahnını dahaçox sevirdi... Əslində Qədirin bütün mahnıları Azərbaycan boyda böyük birürəyin döyüntüləridir. Qədir sanki oxumur,suya təşnə ürək kimibir piyalə sərin suyuürəklə başına çəkir... 

Qəribə də olsa mən builahi ifanı gitaraçı Rəmişdə dəgörmüşəm. Yaxşı ifa ilə, istedadındoğurduğu yaradıcı ifa tamam başqa-başqa şeylərdir.Nəisə... Söhbət bir azuzandı. Dediyim odur ki, indiharda o mahnını eşidirəm,Qarabağlılara məxsus o möhtəşəm məclis yadıma düşür, o mahnınmı xatırlayıram...İndi nə vaxt o mahını eşidirəm,Ağdamın o çal-çağırlı günləri yadıma düşür. Bir də mənim üçün əziz olan, Qarabağıdaha da doğmalaşdıran tələbədostlarımı xatırlayıram, rəhmətə gedənlərə qəhərlənir, yaşayanlara gümrahlıq arzulayıyam ... İnşallah, ogünləri yaşamaq bir də qismətimiz olar.... İnşallah Qarabağdayenə dostlarımızın məclisləri qurular,sevincimiz aşıb-daşar, şəhidlərimizin ruhu darahatlıq tapar... Bunağılhələ yarımçıqdır, inşallahxoş sonluqlu daha bir nağılımız bitər, bütün nağıllarda oldsuğu kimi göydən almalardüşər və o almaları nağılımızın sonundabölşərik...